Şou-biznes

"Xoşqədəm bir status paylaşmağı mənə qıymadı, qorxdu"

26 Yanvar 2022 17:24
3 Şərh     Baxış: 5 559
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Prodüser Tarix Əliyev ( Tolik) Əməkdar jurnalist Xoşqədəm Hidayətqızını tənqid edib. 

Milli.Az olay-a istinadən xəbər verir ki, Tolik bu barədə aparıcısı olduğu "Tarixin bir günü" verilişində deyib. Prodüser bir müddət əvvəl hərbçilərlə bağlı söylədiyi fikirlərin qalmaqala səbəb olmasından söhbət açıb və ona dəstək olmayan dostlarından danışıb. 

Əliyev X. Hidayətqızından incidiyini vurğulayıb: "Xoşqədəmə görə, ölkədə bəlkə də, beş insanla danışmıram. O, bir status paylaşmağı mənə qıymadı, qorxdu! Amma Xoşqədəmin problemləri olanda hər dəfə sinəmi qabağa verirdim. Nazilə Səfərli ilə danışmamağımın səbəbkarı da odur. Özüm kimi şou-biznesdə ürəklisini görmədim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.