Şou-biznes

Röya qardaşının nişanında niyə yox idi?

26 Yanvar 2022 14:26
0 Şərh     Baxış: 2 175
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Röya Ayxanın müğənni qardaşı İsmayıl Nəcəfov nişanlanıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, Cansu Sancak adlı xanımla münasibətlərini rəsmiləşdirmək yolunda ilk addımı atıb. 

Nişan mərasimi C. Sancakın ailəsinin yaşadığı Van şəhərində baş tutub.

Məclisdə R. Ayxanın atası Yaqub Nəcəfov, anası Telli, qardaşı Ayxan və yaxın qohumlar iştirak edib.  

Nişanda Xalq artistinin yer almaması isə suallar yaradıb.  

Əldə etdiyimiz məlumata görə, Türkiyədə soyuq hava şəraiti və güclü qarın yağması uçuşların dayanması ilə nəticələnib. Bu səbəbdən pop ulduz qardaşının nişanında iştirak edə bilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.