Şou-biznes

Məşhur cütlük mənzillərini 18 milyona satır - FOTOlar

23 Yanvar 2022 12:37
0 Şərh     Baxış: 973
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur amerikalı model Krissi Teyqen və həyat yoldaşı, müğənni Con Lecend Nyu-Yorkdakı mənzillərini satışa çıxarıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlüyün əsas Los-Ancelesdə yaşaması olub.

Cütlük əvvəl sözügedən iki mənzili birləşdirməyi planlaşdırıb, daha sonra bu fikirdən daşınıb. Onlar mənzilləri 18 milyon qarşılığında yeni sahiblərinə təqdim edəcək.

Mənzillər üst qatında 3300 kvadrat metrlik bağı olan binada yerləşir ki, bu da alıcıya məxsus olacaq.

Qeyd edək ki, Krissi və Con mənzillərdən biri üçün 2018-ci ildə 9,02 milyon dollar, digəri üçün isə iki il sonra 7,7 milyon dollar ödəyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.