Şou-biznes

"Sizdən biri deyiləm, artıq ulduzam" - Damla

21 Yanvar 2022 18:54
0 Şərh     Baxış: 1 253
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Kiminsə yerinə gələcəyəm" istəyim yox idi. Amma deyirdim ki, məndə o insanların sırasında olacağam. Qalib müzakirə olunmaz və test edilməz. Bir qrup insanlar uğur qazanmaq üçün canı bahasına olsa da, hər şeyi yoxlayır. Düşünürlər ki, hədəfə çatandan sonra xoşbəxt olacam. Bu zaman ətraflarındakı insanları incidirlər. Elə bir zamanda səhnəyə gəldim ki, yanan ocağa özümü atdım".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Damla "Fatehin divanı" proqramında deyib. Sənətçi sənət adamları tərəfindən hər zaman tənqid olunmasından danışıb:

"İllərlə məşhurluq qazananların bir ara uğurlarına şübhə ilə yanaşması oldu. Bəziləri isə qazandıqları uğuru əllərində saxlaya bilmirdilər. Mən gəldim və ortalıq bir-birinə dəydi. Bütün basqılar mənə yönəldi. Deyirdilər, niyə gəlir? Öz uğuruna güvənən sakit olur. Şübhə ilə yanaşan narahat olur. Başqasının 20-10 ilə qazandığını mən 2-3 ilə etdim. Bunu da həzm etmək ağır oldu. Sahib olduqlarımla insanları qıcıqlandırmadım. Demədim, baxın, bahalı maşınım var. Əlbəttə, həyatımı düzənə qoydum. Amma açıb göstərmədim, baxın, sizdən biri deyiləm, artıq ulduzam"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.