Şou-biznes

"Qar yağır, geyinin ən açıq paltarınızı və əylənin" - Anar Ağakişiyev

21 Yanvar 2022 12:00
0 Şərh     Baxış: 1 382
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Stilist Anar Ağakişiyev verdiyi açıqlamaya görə tənqidlərə tuş gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, stilistin "İstər vətəndə, istərsə də xaricdə belə mənzərə görəndə deyirəm ki, buna bax, utanmır, 60 yaşı var, damağında siqaret... Gənc qızlar yayda göbək nahiyəsini açır, yaxşı baxmıram. Hər şeyin həddi var. Çərçivələrlə yaşamaq lazımdır" sözləri birmənalı qarşılanmayıb.

Anarın isə tənqidlərə cavabı gecikməyib. O, açıqlama paylaşaraq "Ətrafımdakı insanlara da bunu hər zaman məsləhət görürəm. Bəli, göbəyiaçıq geyinməyə yaxşı baxmıram. Özünüz bilərsiniz. Gedin lüt gəzin. Qar da yağır, geyinin ən açıq paltarınızı, bikininizi, əylənin" sözlərini vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.