Şou-biznes

"Yayıblar ki, Allah rəhmət etsin, Vüsalə Əlizadə vəfat edib" - VİDEO

18 Yanvar 2022 17:30
2 Şərh     Baxış: 3 064
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ATV-də yayımlanan "7 canlı" proqramının məşhur aparıcısı Vüsalə Əlizadə ölüm xəbərini yayanlara sərt ismarıc göndərib.

Milli.Az xəbər verir ki, aparıcı proqramına başlayan zaman yaxınlarının bu xəbərə sarsıldığını bildirib.

"Yaxın dostum Dilşad xanım durmadan məni yığırdı. Gördüm ki, ağlayıb, qışqırır ki, sən yaxşısan, hər şey yaxşıdır? Telefonla belə xanımı özünü gətirmək yarım saat çəkib. Ard-arası kəsilməyən zənglər etdilər. İnsanın hissləri ilə oynamaq nə qədər asandır. Tik-tok sosial şəbəkəsində xəbər yayıblar ki, Allah rəhmət etsin, Vüsalə Əlizadə vəfat edib. Ailəmdə bu qədər çətinlik yaşamışkən belə şərəfsizlik, alçaqlıq etmək yaraşmır. Özünüzlə məşğul olun. Araşdırsam arxasında kim durur taparam, amma yığışdırın bu yersiz məlumatlarınızı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.