Şou-biznes

Samir Piriyev: «Boşanmağımda qısqanclıq da rol oynayıb» - FOTOSESSİYA

5 May 2010 17:26
Baxış: 2 929
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir az əvvəl müğənni Samir Piriyevin həyat yoldaşından boşanmaq istədiyi ilə bağlı məlumat vermişdik. Müğənni hazırda Türkiyədə olduğuğundan xəbəri onun iki yaxın dostu təsdiqləmişdi. Bu dəfə Milli.Az xəbər portalına Samir Piriyev özü danışdı. Onunla söhbətimizdə boşanmasının səbəblərini öyrəndik:
"Mən buna iki tərəfin anlaşılmamazlığı deyərdim. Boşanmaq fikri ikimiz tərəfindən atılan addımdır. Bildiyiniz kimi son aylar yaradıcılığımın bir qolu Türkiyə ilə bağlanıb. Mən həyat yoldaşıma təklif etdim ki, köçək Türkiyədə yaşayaq, amma razılaşmadı və Bakını seçdiyini bildirdi. Fikrindən döndərməyə çalışsam da, müvəffəq ola bilmədim. Əslində, qadının yeri kişinin yanı olmalıdır. Evdə kişinin sözü keçər. Amma o, mənim sözümə qulaq asmadı" - deyə müğənni bildirdi.

Samir Piriyevin fikrincə, boşanmalarında qısqanclıq da rol oynaya bilər. Yəni, müğənninin türk şou-biznesinə qatılması və ailəsi ilə vaxtlı-vaxtında görüşə bilməməsi həyat yoldaşının narazılığına səbəb olmuşdu.
"Mən bu məsələni onun da Türkiyəyə - mənim yanıma köçməsi ilə yoluna qoymaq istədim. Amma o, razılaşmadı. Sonda boşanmaq qərarımızı verdik".

Qeyd edək ki, Samir Piriyevin bu evliliyindən bir övladı var. Müğənni ehtimal edir ki, məhkəmə uşağın anası ilə qalması qərarını çıxaracaq. Amma o, atalıq himayəsini uşağından əsirgəməyəcəyini bildirdi:
"Nə vaxt istəsəm uşağıma görə biləcəyəm. Mənim ondan imtina etmək niyyətim yoxdur. Qayğımı uşağımın üzərindən əskik etməyəcəm. Həm də ki, mən uşağımın anasından düşmən kimi ayrılmıram. İnanıram ki, bundan sonra biz övladımızın qayğısı ətrafında bir-birimizi başa düşəcəyik" - deyə S.Piriyev bildirdi.

Xədicə
Milli.Az


--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------


Foto TREND
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.