Şou-biznes

“İyirmi beş manata aldığım məhsul indi 30-u keçib”

8 Yanvar 2022 11:06
0 Şərh     Baxış: 1 522
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Nura Suri ölkədə ərzaq məhsullarının bahalaşmasından yazıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ifaçı öz feysbuk səhifəsində bildirib ki, marketlərdə qiymətlər çox qalxıb:

"Hər zaman aldığım məhsulların qiyməti çox artıb. 24-25 AZN olan məhsul 30 AZN-i keçib. 1-2 məhsul alanda bəlkə hiss etmirsiniz, amma bazarlıq edəndə ciddi fərq görünür".

Onun sözlərinə görə, zaman keçdikcə imkansız adamlara lap çətin olacaq: "Demək olar ki, orta təbəqə çox azdır. Bu artımlar varlıların da gözünə görünmür. Benzin də deyilənə görə, yenə qalxacaq. Kommunal xərclər də artıb, pensiya ilə yaşayan insanlara Allah kömək olsun!"

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.