Şou-biznes

İzləyicisi Üzeyirinkindən 20 dəfə çoxdur - “Spotify”da müğənnilərimiz

6 Yanvar 2022 17:30
0 Şərh     Baxış: 1 238
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Spotify"da ən çox izləyicisi olan 10 azərbaycanlı məşhurun adı açıqlanıb.

Milli.Az olay-a istinadən yazır ki, məşhur musiqi platformasında yer alan məşhurlarımız barədə "Touch Vibe" məlumat yayımlayıb.

5 yanvar 2021-ci il tarixinə olan informasiyada bildirilir ki, siyahıda 10-cu yerdə müğənni Şöhrət Məmmədovdur, onun 14 mindən çox izləyicisi var.

9-cu pillədə reper Aslıxan qərarlaşıb. İfaçının dinləyici sayı 16 min 105 nəfərdir.

Siyahıda daha bir reper isə Okaberdir. Onun 17 min 747 izləyicisi var. Sənətçi 8-ci yerdədir.

7-ci pillədə olan Hissə abunə olan hesabların sayı 18 min 70-dir.

Xalq artisti Miri Yusifin 18 min 675 izləyicisi var, o, 6-cı pillədədir.

5-ci yerdə qərarlaşan Xalq artisti Röya Ayxanın dinləyicilərinin sayı isə 18 min 768-dir.

Şəhriyar Atababayev, digər adıyla reper Xpert siyahıda 4-cüdür. Onun abunəçisi 20 min 323 nəfərdir.

3-cü pillənin sahibi Pasterdir (Pərviz Quluzadə). Onu 25 min 568 nəfər izləyir.

2-ci yerdə Üzeyir Mehdizadə qərarlaşıb. Onun 26 min 997 abunəçisi var.

1-ci yerdə isə müğənni Nigar Muharremdir. Sənətçinin izləyici sayı ikinci yerdə olan Üzeyir Mehdizadədən 20 dəfə çoxdur. Belə ki, Nigarın abunəçi sayı 547 min 464 nəfərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.