Xalq artisti Flora Kərimova müğənni Nadir Qafarzadənin oğlu Loğmanın toy məclisinə dəvət edilsə də getməyib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Kərimova həmin gün başqa bir tədbirdə olduğunu bildirib.
Nadir məsələ ilə bağlı Axşam.az-a açıqlama verib. O bildirib ki, F.Kərimovanı anlayıb:
"Zəng etdi, dedi ki, özünü yaxşı hiss etməyib. Yaşlı insandır, onu başa düşmək olar".
Qeyd edək ki, Nadirin oğlu Loğman Əntiqə adlı xanımla ailə qurub.
Milli.Az