Şou-biznes

Rövşanə şəxsi həyatından danışdı: "Ürəyimi fəth edən..."

25 Dekabr 2021 22:21
6 Şərh     Baxış: 3 129
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Rövşanə Ağasəfqızı MTV Azərbaycan kanalında şəxsi həyatı haqqında açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Rövşanə Ağasəfqızı şəxsi həyatında sevdiyi şəxsin olmadığını etiraf edib:

"Mənim ürəyimi almaq çətin məsələdir. Ürəyimi istəyən çoxdur, hər vid-fasonda, bayram xonçası kimi... Çünki məşhurlaşdıqca və intellektual baxımından üstün olunca daxilən təhnalaşırsan. Son vaxtlar bu məsələdə çətinlik çəkirəm. Çünki ürəyimi fəth edən bir insan hələ ki, yoxdur. Yeni ilə ümidlərim çoxdur. Bir qadın kimi çox xoşbəxtəm. llaha şükür edirəm ki, sağlam övladım var, bundan gözəl hiss yoxdur. Gözəl dostlarım var. Mənə ətrafdan olan sevgini, diqqəti görürəm. Bu da adama xoş təsir edir. Zamanla rəhmətlik atama güvənirdim, mənə arxa-dayaq olurdu.

Anam dünyasını dəyişdi, həyatımda böyük boşluqdur. Hələ ki, boşluğu doldura bilmirəm. Mən qəbiristanlığa gedəndə dəhşətə gəlirəm. Valideynlərim daşlaşıb, torpaqlaşıblar. Anamın sağalması üçün hər şeyimdən belə keçməyə hazır idim, hər şeydən də keçdim. Amma acı həqiqətlə qarşılaşdıq, artıq gücümüz çatmırdı. Bu hissin izahı yoxdur. Qəbiristanlığa söhbətə, dərdləşməyə gedirəm. Ümid edirəm və inanıram ki, onlar bizi görürlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.