Şou-biznes

Rekordu ilə tarixə düşdü - VİDEO

24 Dekabr 2021 14:12
0 Şərh     Baxış: 930
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Britaniyalı müğənni Ed Şiranın "Shape of You" mahnısı tarixdə ilk dəfə "Spotify"da 3 milyard dəfə dinlənilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ifaçının özü instaqram hesabında məlumat verib.

Rekord dekabrın 22-də qeydə alınıb. Şiran bu nəticəni "tamamilə ağlasığmaz" adlandırıb.

Qeyd edək ki, "Shape of You" Şiranın 2017-ci ildə işıq üzü görmüş "÷" (Divide) adlı üçüncü studiya albomuna daxildir.

Müğənninin rəsmi yutub kanalında mahnının klipi 5,5 milyarddan çox izlənilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.