Şou-biznes

YENİ İL üçün məşhurların tələb etdiyi MİLYONLAR

21 Dekabr 2021 14:36
0 Şərh     Baxış: 1 356
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeni ilin korporativ gecələrində məşhurların çıxışı üçün qiymətləri açıqlanıb. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, gecədə çıxış etmək üçün ən çox pul tələb edən Svetlana Loboda və Qriqori Leps olub.

Onlar 10-15 milyon rubl (təxminən 228 -344 min manat) arası pul istəyiblər. 

Bu isə siravi Rusiya pensiyaçısının 100 illik pensiyası qədərdir. 

Bundan başqa, Moskva vilayətindəki Barbixa yeni il gecəsində bir yerin qiyməti 400 min rubla (təxminən 9 min azn) təklif olunur. 

Stas Mixaylov, Basta, Polina Qaqarina, Filipp Kirkirov, Valeri Meladze, Nikolay Baskov kimi məşhurların qiyməti isə 7-9 milyon rubl ( təxminən 160-205 min manat ) təşkil edir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.