Şou-biznes

Erməni təmsilçi Sonanı qucaqladı - VİDEO

20 Dekabr 2021 09:52
28 Şərh     Baxış: 7 987
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, ötən gün Parisdə keçirilən "Uşaq Avroviziyası-2021"in qalibi Ermənistan təmsilçisi Malena olub. O, 224 xalla birinci pillədə qərarlaşıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, qalibi Azərbaycan təmsilçisi Sona Əzizova da təbrik edib. Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Təmsilçimiz ona yaxınlaşaraq təbriklərini çatdırıb. Malena isə bu jestə cavab olaraq Sonanı qucaqlayıb. Bu görüş sülh mesajı kimi qəbul edilib. 

Qeyd edək ki, S.Əzizova müsabiqədə 151 xalla 5-ci yeri tutub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.