Bir neçə həftə sonra İTV-də yayımlanan "Səs Azərbaycan" layihəsi final edəcək.
Milli.Az Olay-a istinadən xəbər verir ki, buna görə də, vokal yarışmasının yenidən başlama tarixi barədə sual yaranıb.
Mövzu haqda müsabiqənin münsifi Murad Arif instagramda açıqlama verib.
O, platformanın sual- cavab funksiyasından faydalanaraq şounun uşaqlar versiyasının gələn il, böyüklər üçün isə 2023-cü ildə reallaşacağını ehtimal edib.
Qeyd edək ki, hazırda şouda qarşıdurmalar mərhələsidir.
Milli.Az