“Səs Azərbaycan” 2023-də olacaq

20 Dekabr 2021 10:22

Bir neçə həftə sonra İTV-də yayımlanan "Səs Azərbaycan" layihəsi final edəcək.

Milli.Az Olay-a istinadən xəbər verir ki, buna görə də, vokal yarışmasının yenidən başlama tarixi barədə sual yaranıb.

Mövzu haqda müsabiqənin münsifi Murad Arif instagramda açıqlama verib. 

O, platformanın sual- cavab funksiyasından faydalanaraq şounun uşaqlar versiyasının gələn il, böyüklər üçün isə 2023-cü ildə reallaşacağını ehtimal edib. 

Qeyd edək ki, hazırda şouda qarşıdurmalar mərhələsidir.

Milli.Az