Aktyor Berkay Ateş yeni sevgilisi ilə ilk dəfə görüntülənib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor Türkiyənin milli voleybol komandasının oyunçusu Simge Aközlə ötən axşam Arnavutköydəki məkanların birində paparatsilərə tuş gəlib. Cütlük məkana daxil olmazdan əvvəl müxbirlərin onları gözlədiklərinin fərqinə vardıqları üçün içəri ayrı-ayrılıqda girməli olublar.
Onlar münasibətləri ilə bağlı sualları cavabsız qoyublar.
Qeyd edək ki, Berkay hazırda "Sadakatsiz" serialında Aras obrazına həyat verir.
Milli.Az