Şou-biznes

Baş rol “The Matrix”in son bölümünün mənasından danışdı - VİDEO - FOTO

17 Dekabr 2021 16:00
0 Şərh     Baxış: 813
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"The Matrix" filmində baş rolu ifa edən Hollivud aktyoru Kianu Rivz filmin yeni hissəsinin mənasını açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, artist "Matrix: Dirilmə" ("The Matrix Resurrections") filminin bir sıra mühüm mövzuları ələ almasına baxmayaraq, əsas mövzunun sevgi hesab etdiyini bildirib.

Bu barədə "Matrix" ulduzlarının "İzvestiya"ya müsahibəsi zamanı danışılıb. 

"Mənə elə gəlir ki, ilk növbədə sevgidən bəhs edr. Və başqa nə? Necə düşünürsən?", - deyə Rivz "Triniti" rolunun ifaçısı Keri-Ann Mossa müraciət edib.

Həmkarı isə ona cavab olaraq bildirib ki, tamaşaçılar filmə baxmaqla idarəetmə sistemlərinin nə olduğu barədə düşünəcəklər.

"Gəlin, bunun sevgi və idarəetmə sistemlərinin öyrənilməsi haqqında olması üzərində dayanaq! Həmçinin daha yaxşı reallıq üçün mübarizə aparmağa çalışmaq haqqında! Həm də təkcə insanlar üçün deyil, proqramlar və maşınlar üçün - Hamı üçün!" - deyə "Neo" rolunun ifaçısı aktrisa ilə razılaşıb.

Keri Enn Moss "The Matrix" filminin ümumiyyətlə həmişə sevgi haqqında olduğunu bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.