Şou-biznes

Hadisənin sevgilisinə söz atdı, cavab gecikmədi

15 Dekabr 2021 19:42
0 Şərh     Baxış: 1 163
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Hadisenin iş adamı sevgilisi Mehmet Dinçerler ilə aparıcı Bircan Bali arasında qalmaqal yaşanıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, buna səbəb Bircanın "Söylemezsem olmaz" verilişində Mehmetlə bağlı səsləndiridyi fikirlər olub. Belə ki, aparıcı efirdə Hadisenin "Altın kelebek" mükafatlandırma gecəsində sevgilisinə təşəkkür etdiyi görüntülər yayımlanarkən "Əvvəlcə Hadisenin sevgilisinin qara nöqtələrindən danışmaq istəyirəm. Burnumuza soxdular. Bir az dərinə qulluq et. Ürəyim bulandı",- sözlərini səsləndirib.

Bundan sonra, Bircanın çıxışı sosial şəbəkələrdə gündəm olub. Dinçerler isə üstüörtülü şəkildə aparıcıya replika atıb. O, tviterdə "heç vaxt bir səfehlə mübahisə etməyin. Sizi öz səviyyəsinə çəkər və təcrübəsi ilə qalib olar",- statusunu paylaşıb.

Bu paylaşıma Bircandan cavab gecikməyib. Aparıcı Dinçerlerə Hadisenin iş adamı Rza Zərrabla münasibəti üzərindən söz atıb. O, instaqramda  "Heç vaxt bir səfehlə mübahisə etməyin, amma rəfiqəsinin əri ilə eşq yaşayanla sevgili olun",- sözlərini yazıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.