Şou-biznes

Mələkxanım Eyyubova bloger qızı ilə verilişdə - VİDEO

14 Dekabr 2021 18:30
3 Şərh     Baxış: 2 331
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Mələkxanım Eyyubova bloger qızı Nəzrin Nəcəfova ilə verilişə qatılıb.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, ixtisasca rəssam olan Nəzrin anası ilə aparıcı Aytəkin Mərdanovanın "Bağ havası" proqramında qonaq olub.

Sosial şəbəkə izləyicilərinin bloger kimi görməyə öyrəşdiyi Nəcəfova bu dəfə aparıcını təəccübləndirərək aşpazlıq qabiliyyətini nümayiş etdirib. Veriliş zamanı Nəzrin bir çox bölgələrimizdə hazırlanan "Tünbəki" yeməyi hazırlayıb.

Mələkxanım Eyyubova qızlarının və gəlininin mətbəxi çox sevdiklərini, onların tez-tez dadlı şirniyyatlar və yeməklər hazırladığını deyib.

Onu da bildirək ki, Nəzrin Nəcəfova hazırda dizayner olaraq çalışır.

Qeyd edək ki, Xalq artisti Mələkxanım Eyyubova Xosrov Nəcəfovla ailələdir. Onların bu evlilikdən iki qız, iki oğlan övladı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.