Şou-biznes

“Kirayə pulunu verə bilməyib Talehin üzüyünü satmışdıq”

13 Dekabr 2021 19:24
2 Şərh     Baxış: 2 787
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son günlər "Zəhər tuluğu" filmi ilə gündəmə gələn aktyor Taleh Yüzbəyov bir vaxtlar ev kirayəsini ödəyə bilmədiyi üçün nişan üzüyünü satıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, bloger Xatirə Yüzbəyova Taleh barədə paylaşım edərkən yazıb. O, 35 yaşını qeyd edən Taleh Yüzbəyova üzük hədiyyə verib.

"Nişan üzüyünü satmağın nə qədər çətin olduğunu yəqin satanlar başa düşər. Kirə pulunu verə bilməyib Talehin üzüyünü satmışdıq və Taleh bu hadisədən çox pis olmuşdu", - deyə, Yüzbəyova səhifəsində yazıb.

Qeyd edək ki, cütlüyün iki övladı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory