Şou-biznes

Naziləni polisə şikayət etmişdi, indi isə...

13 Dekabr 2021 16:48
2 Şərh     Baxış: 2 890
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Hər bir dərdin dərmanı var. Amma bizim qarşımıza bəlkə yaxşı həkim çıxmayıb. Onu sağaldacaq bir həkim varsa, hər şey etməyə hazıram. Müalicəsi evdə davam edir. Həkimlər deyir ki, biz on addım atırıqsa, xəstə 1 addım atmalıdır. Beyin müalicəyə cavab vermir. Birdən durub saatlarla söhbət edir".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Ağakərimin oğlu Kamil Novruzov "Həmin Zaur" proqramında deyib. O, atasının xəstəliyindən danışıb. Kamil həkimlərə müraciət edərək, atasına yardım edilməsini söyləyib.

Kamil şair Nazilə Səfərlini polisə verməsindən danışıb. O bildirib ki, polis idarəsinə gedərək, qarşı tərəflə bağlı ərizə yazıb. Kamil ərizəsini geri götürəcəyini söyləyib:

"Əvvəl fikir vermədim, amma sonra gördüm ki, telefon susmur. Bağımızı satdıq, amma onun dediyi kimi 150 min manat fantastik qiymətə yox. Hamıdan xahiş etmişəm ki, gəlməzdən 2-3 saat əvvəl bizə xəbər verin. Atam hər zaman deyirdi ki, bir qapını döyməzdən əvvəl bir gör ona lazımsan, ya yox. Bəlkə səni görmək istəmir. Ona da bildirdim ki, evdə yoxam, 2 saat əvvəldən xəbər etsinlər. Bizim adətimiz var, evdə kişi yoxdursa, qadın qapı açmır. Onun dediyi ittihamlara görə polisə verdim".

Qeyd edək ki, Nazilə Kamilin ünvanına tənqidlər səsləndirib və onu atasına psixotrop iynələr vurmaqda ittiham edib. Bu qalmaqala səbəb isə Nazilənin Ağakərimə baş çəkmək üçün evinə getməsi və ailəsinin onu içəri buraxmaması olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.