Şou-biznes

Məşhur müğənni qumarda 450 mindən çox uduzub? - İDDİA

9 Dekabr 2021 10:06
0 Şərh     Baxış: 823
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sənət aləminin açıqladığı ölüm və xəstəlik xəbərləri ilə mətbuatda "Fəlakət dəllalı" kimi tanınan səs sənətçisi Onur Akay pop müğənnisi Sərdar Ortaç haqqında şok açıqlamalar verib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, o, qumarda milyonlar itirən məşhur estrada müğənnisinin ölümlə hədələndiyi iddia edib.

Qumar oynamaq vərdişi ilə gündəmə gələn Sərdar Ortaçın bu səbəbdən pul və borclarını itirdiyi, çətin vəziyyətdə olduğu üçün bütün mahnılarının müəllif hüquqlarını satdığı və 5-ci dəfə qarşılığında 1 milyon lirə aldığı iddia edilmişdi. 

Məşhur müğənninin hələ də hazırlıqları davam edən 'Best Of Serdar'ın albomu çıxmasa da hüquqlarını Ozan Çolakoğluna 200 min lirəyə satması xəbərləri də yayılmışdı.

Jurnalist Bilal Özcanın canlı yayımına qatılan Onur Akay, "Kıbrısdakı mənbələrdən öyrəndiyim məlumata görə, Serdar Ortaç qumar borclarına görə ölüm təhdidləri alıb və buna görə də kredit götürüb. Bundan başqa, mahnılarının müəllif  hüquqlarını da satıb. Sərdar Ortaç qumarda 459 min 670 dollara uduzub", - deyib.

Keçən ay Maslakdakı bir məkanda çıxış edən Sərdar Ortaç konsert öncəsi etdiyi etiraflarla diqqət çəkib: "Keçmişdə çox böyük səhvlər etdim. Qumar məni öldürdü. Allah lənət eləsin, çox üzr istəyirəm, indi pulu saxlamağa çalışıram".

"51 yaşlı pop müğənnisi banka 10 milyon lirə borcum var. Keçmiş həyat yoldaşım Kloe Louqhnana 600 min lirə aliment borcum var. Aylıq təxminən 500 min lirə xərcim var", - deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.