Şou-biznes

Məşhur meyxanaçı maşınla 5 yaşlı uşağı vurdu

30 Noyabr 2021 19:08
1 Şərh     Baxış: 2 904

ATV-nin "7 canlı" proqramının növbəti qonağı məşhur meyxanaçı Tərlan Novxanı olub.

O, vaxtı ilə taksi sürücüsü kimi çalışdığını, daha sonra isə 5 yaşlı uşağı avtomobillə vurduğunu da ilk dəfə açıqlayıb:

"Qızımı rəqs məktəbindən götürməyə getmişdim. Məktəbin həyətinə daxil olanda gördüm ki, maşına nəsə dəydi, yıxıldı. Amma bilmirəm nədir. Aşağı düşəndə gördüm ki, bir nəfər qışqıra-qışqıra gəlir, uşağım öldü. O an Allah sanki mənə qüvvə verdi. Qızımı tez çağırdım ki, yolüstü evə qoyum, xəsarət alan uşağı aparım xəstəxanaya. Qızımla yaşıd idi. 5-6 yaşı olardı. Atasını da otuzdurdum maşına xəstəxanaya apardım. Ciddi xəsarət alsa da, həkimlərimiz uşağı sağaltdı. Bir gecə reanimasiyada yatdı"

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Sumqayıt · 30 Noyabr 2021 19:3670

    Şərtdir də məktəbin həyətinə maşınla girmək?! Qanmırsan ki, məktəbin həyətində uşaqlar olur?? Qanmırsan ki, maşını arxaya verəndə xalxın uşağı maşının altında qalar?? Zibilivi məktəbin həyətindən kənarda saxlaya bilmirdin?? Sənin kimi qanmazlar çoxdur, nə qədər irad bildirirsən də xeyri yoxdur, qanmaz elə qanmazdır..Bir o qalır ki, zibillərini sinfin içinə sürsünlər..

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.