Məşhur meyxanaçı maşınla 5 yaşlı uşağı vurdu

30 Noyabr 2021 19:08

ATV-nin "7 canlı" proqramının növbəti qonağı məşhur meyxanaçı Tərlan Novxanı olub.

O, vaxtı ilə taksi sürücüsü kimi çalışdığını, daha sonra isə 5 yaşlı uşağı avtomobillə vurduğunu da ilk dəfə açıqlayıb:

"Qızımı rəqs məktəbindən götürməyə getmişdim. Məktəbin həyətinə daxil olanda gördüm ki, maşına nəsə dəydi, yıxıldı. Amma bilmirəm nədir. Aşağı düşəndə gördüm ki, bir nəfər qışqıra-qışqıra gəlir, uşağım öldü. O an Allah sanki mənə qüvvə verdi. Qızımı tez çağırdım ki, yolüstü evə qoyum, xəsarət alan uşağı aparım xəstəxanaya. Qızımla yaşıd idi. 5-6 yaşı olardı. Atasını da otuzdurdum maşına xəstəxanaya apardım. Ciddi xəsarət alsa da, həkimlərimiz uşağı sağaltdı. Bir gecə reanimasiyada yatdı"

Milli.Az