Rusiya

Rusiyada azərbaycanlıların yas məclisinə POLİS BASQINI - FOTO

26 Avqust 2021 16:46
0 Şərh     Baxış: 2 431
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Yekaterinburq şəhərində polis azərbaycanlıların yas məclisini dağıdıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, şəhərin Çkalov küçəsi 231 ünvanına yığışan azərbaycanlılar mərhum həmyerlilərinin 7 mərasimini qeyd etmək istəyiblər.

Amma hadisə yerinə gələn polislər buna imkan verməyib, mərasimə gələn kişiləri asfaltın üzərinə uzadıb diz çökdürüblər.

Polisdən bildirilib ki, onlar hadisə yerinə yerli sakinlərdən birinin insanların kütləvi toplaşması barədə zəngindən sonra gəliblər. Mərasimə yığışanların sənədləri yoxlanandan sonra sərbəst buraxılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.