Rusiyalıların 60 faizi İosif Stalini müsbət qiymətləndirir.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, Moskvadakı Levada ictimai rəyi oyrənmə mərkəzinin sorğusu belə bir nəticəyə gəlib. Bu 60 faizdən 45 faizi Stalinə hörmətlə, 10 faizi rəğbətlə, 5 faizi isə heyranlıqla yanaşır. Sosioloqlar bildirirlər ki, bu, indiyədək keçirilmiş sorğulardakından daha yüksək göstəricidir. Levada Stalinlə bağlı sorğuları 2001-ci ildən aparır.
Bu da vurğulanır ki, rəyi soruşulanların yalnız 11 faizi keçmiş SSRİ-nin keçmiş rəhbərinə mənfi münasibət bəsləyir. Bunlardan 5 faizinin Stalindən xoşu gəlmir, 4 faizi onun şəxsiyyətinə qorxu ilə və 2 faizi ikrah hissi ilə yanaşır.
Respondentlərin 28 faizi Stalinin şəxsiyyətinə biganə olduğunu bildirib. Levada mərkəzinin bundan əvvəl keçirdiyi sorğudan məlum olmuşdu ki, respondentlərin 83 faizi Rusiyanın düşmənləri olduğuna inandığını bildirib.
Kamran Seyidov
Milli.Az