Rusiya

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

4 Sentyabr 2026 20:51
Baxış: 329
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanın 102-ci baza ilə bağlı dediklərinə istehzalı şəkildə cavab verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Zaxarova özünün Teleqram kanalında Paşinyanın Gümrüdəki 102-ci Rusiya hərbi bazası ilə bağlı dediklərini paylaşaraq, Mixail Bulqakovun "İt ürəyi" əsərindən "Siz kişisiniz, yoxsa qadın?" sitatını gətirib.

Qeyd edək ki, Paşinyan 102-ci hərbi bazanın Ermənistan üçün həyati əhəmiyyət daşımadığını, Rusiya hərbi bazanı özü çıxarmaq qərarına gələrsə, Ermənistan hakimiyyətinin buna etiraz etməyəcəyini bildirib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.