Babasından qalan mirası yaşadır: Bığını 1,5 metrəyə qədər uzadıb - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyənin Ərzurum bölgəsində yaşayan 5 övlad və 43 nəvə sahibi Hacı Qırmaç babası və atasından miras qalan bığ sevgisini gənclik illərindən bəri davam etdirir. Rayon mərkəzində yaşayan Qırmaç gənclik illərindən bəri uzatdığı, keçmişdə 1,5 metrəyə çatan bığı ilə tanınır.
Milli.Az xəbər verir ki, babasından atasına, atasından da özünə keçən bığ sevgisini yaşadan Qırmaç 1980-ci illərdə televiziyada izlədiyi bir bığ yarışmasından sonra bığını daha da uzatmağa qərar verib. Illər ərzində rayonun tanınan simalarından birinə çevrilən və "Horasanlı Pala" adlandırılmağa başlanan Qırmaç 70 ildir davam etdirdiyi bərbərlik peşəsini oğlu ilə birlikdə işlətdiyi dükanda davam etdirir.
Yaşını və bığının qulluq sirrini heç kimlə paylaşmayan, 80 yaşından yuxarı olduğu bilinən Qırmaç vaxtaşırı iş yerinin qarşısında söylədiyi şeir və mahnılarla da vətəndaşların diqqətini çəkir. Hacı Qırmaç keçmişdə bığ saxlamağın daha geniş yayılmış və sevilən bir ənənə olduğunu söyləyib. Babası ilə atasının bığlarının uzun olduğunu və o zamandan bəri bığ sevdası ilə yaşadığını ifadə edən Qırmaç "Ankarada bir bığ yarışı oldu. Televiziyadan izlədim. Onun bığı mənimki kimi uzun deyildi. Yarışı o adam qazandı. 'Kaş ki mən də orada olaydım, yarışa qatılsaydım' deyə fikirləşdim. Hər halda mən qazanardım. Gecə-gündüz ağlıma gəlirdi. Sonra daha çox uzatmağa başladım", - deyə danışıb.
Bığını çox sevdiyini vurğulayan Qırmaç bunları qeyd edib: "İnsanlar gəlib mənimlə şəkil çəkdirirlər. Bığımın qulluğu çox çətindir. Çox gizli qulluq üsulları tətbiq edirəm. Sirrini heç kimə demirəm, rəqiblərim var. Rəqiblərimin bir çoxu vəfat edib. Bu qədər uzun qalmasının sirri var, amma demirəm. Nə yaşımı tam deyirəm, nə də qulluq dərmanlarımı. Artıq mənə asan gəlir, amma qulluq etmək çox çətindir. Bığıma baxmağa davam edəcəyəm. 70 ildir bərbərlik edirəm, 70 ildir bığımı uzadıram. Məni görüb uzatmaq istəyənlər də olur, amma bu, çox çətindir."
Əvvəlki illərdə bığının 1,5 metrəyə qədər çatdığını dilə gətirən Qırmaç vaxtaşırı uclarından kəssə də, uzunluğunun hələ də 1 metri keçdiyini bildirib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Babasından qalan mirası yaşadır: Bığını 1,5 metrəyə qədər uzadıb - (Foto)
-
Dərnəgül tikinti bazarı haraya köçürüləcək? - (Video)
-
Günün qoroskopu: Şəxsi həyatınızda səmimi söhbət üçün uyğun zamandır
-
Mahir yenə qol vurdu - (Video)
-
Nə "Samsung", nə də "iPhone" - Bu telefon dünyanın "ən yaxşısı" oldu
-
Binədə güclü yanğın oldu - (Video)
XƏBƏR LENTİ
-
Maykl Ceksonun oğlu illər sonra diqqət mərkəzində - (Foto)
-
Babasından qalan mirası yaşadır: Bığını 1,5 metrəyə qədər uzadıb - (Foto)
-
Tramp: ABŞ tezliklə İran üzərində qələbə qazanacaq
-
“Məni təhqir etdilər, alçaltdılar” - Obameyanq
-
Dərnəgül tikinti bazarı haraya köçürüləcək? - (Video)
-
57 yaşlı müğənninin gənclik (Fotoları)
-
Günün qoroskopu: Şəxsi həyatınızda səmimi söhbət üçün uyğun zamandır
-
Xətai və Suraxanı rayonlarının bəzi ərazilərində qaz olmayacaq
-
Çində “hamilə robot” hazırlanır
-
"Arsenal" tarixinin ən bahalı satışı
-
Sabah Bakının bəzi əraziləri və Cəlilabadda işıq olmayacaq - Yenilənib
-
Netanyahu: İsrailin əsas məqsədi İranda hakimiyyət dəyişikliyidir
-
Belarusda Ermənistanın “Yerevan 2800” konyakının satışı qadağan edilib
-
"Brutto müqavilə" ictimai nəqliyyatda nəyi dəyişəcək? – Ekspertlərdən yeni model açıqlaması
-
Mahir yenə qol vurdu - (Video)
-
Balarəhim Quliyevə yüksək vəzifə verildi
-
Nə "Samsung", nə də "iPhone" - Bu telefon dünyanın "ən yaxşısı" oldu
-
ABŞ-nin hücumu nəticəsində ölən İran hərbçilərinin sayı açıqlandı - (Foto)
-
Nərimanov rayonunda 15 bina söküləcək
-
Fernandes tarixin ən bahalı dördüncü transferi oldu: siyahı
-
Eldəniz Məmmədovun ailəsində itki - (Foto)
-
Binədə güclü yanğın oldu - (Video)
-
Bitkoin bahalaşdı
-
Azərbaycan və Ermənistan cəmiyyətləri sülhü getdikcə daha aydın hiss edir - ATƏT PA prezidenti





