Dünya üzrə ərzaq qiymətləri rekord həddə çatdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qlobal ərzaq qiymətləri avqust ayında əhəmiyyətli dərəcədə bahalaşıb.
Milli.Az xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, ərzaq qiymətləri indeksi avqustda orta hesabla 133,3 bənd təşkil edib. Bu, iyul ayı ilə müqayisədə 1,9 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,5 faiz çoxdur. Göstərici 2022-ci ilin noyabrından bəri ən yüksək səviyyəyə yüksəlib.
Qiymət artımında əsas amillər arasında əlverişsiz hava şəraiti, geosiyasi gərginlik və ticarət-logistika problemləri göstərilir. Xüsusilə Avropada isti və quraq hava bəzi kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı narahatlıqları artırıb.
Ən böyük bahalaşma şəkərin qiymətində qeydə alınıb. Avqust ayında şəkər üzrə indeks 11,9 faiz artıb. Buğdanın qiyməti 2,6 faiz, qarğıdalının qiyməti isə 2,5 faiz yüksəlib. Ümumilikdə dənli bitkilər üzrə qiymət indeksi 2,2 faiz artıb.
FAO bildirir ki, qlobal buğda qiymətləri ötən ilin avqustuna nisbətən 15 faiz yüksəkdir. Qarğıdalı qiymətlərinin artmasına isə ABŞ və Avropada məhsuldarlıqla bağlı narahatlıqlar, yüksək tələbat və Ukraynadan ixrac axınlarında yaranan problemlər təsir edib.
Təşkilatın məlumatına görə, bitki yağları, ət və süd məhsulları üzrə qiymətlər də avqust ayında yüksəlib.
FAO ekspertləri hava şəraiti və geosiyasi risklərin davam etməsinin qlobal ərzaq bazarlarını yeni qiymət artımlarına həssas saxlaya biləcəyini bildirirlər.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Klon"un aktrisası xəstəxanaya yerləşdirildi - (Foto)
-
Ağstafada sursat partlayışında xəsarət alan şəxsin vəziyyəti açıqlanıb
-
Salyanda avtomobil aşdı: Ana və övladı xəsarət aldılar
-
Ağstafada iki nəfər minaya düşüb, ölən var - Yenilənib
-
Bakıda qadınlar mağazadan qızıl oğurladılar - anbaan video
-
Yataqxanada meyiti tapılan tələbənin ölümü ilə bağlı ATU-dan açıqlama
-
Rafiq Əliyev infarktdan öldü
-
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb - (Yenilənib)
-
Milli Qəhrəman vəfat etdi
-
Söyüdlü kəndinin qızıl hasilatı üçün boşaldılacağı barədə məlumatlar əsassızdır - Media və Yayım Şurası
-
Başağrılarınız ola bilər - Xəbərdarlıq
-
Bu şəxslərə 13 və 14-cü maaş veriləcək - Şad xəbər
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Arif Mirzəyevlə vida mərasimi keçirilir - (Yenilənib)
-
Qazaxda yanğın oldu
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu tankerə dron hücumu olub - (Video)
-
Qayınata bu yazıya görə toy günü bəyi döydü
-
Vuqar İbrahimov vəfat etdi
-
Sabah bu ərazilərdə su olmayacaq
-
Ayın 16-da intensiv yağış yağacaq - Proqnoz
-
Ardanın yeni maaşı məlum oldu
-
ANAMA sədrinin müavini məhkəməyə verilir - Generalın qızından iddia
-
Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı





