Putin: Ermənistanın Aİ arzusu qanunidir, ancaq Aİİ-dən ayrılması demək olacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiya prezidenti Vladimir Putin ŞƏT sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Milli.Az APA-ya istinadla xəbər verir ki, görüşdə əsas müzakirə mövzuları Rusiya-Ermənistan münasibətlərinin daha da inkişaf etdirilməsi və İrəvanın Avropa İttifaqı ilə yaxınlaşma kursu olub.
Rusiya prezidenti Moskvanın Ermənistanla strateji tərəfdaşlıq və müttəfiqliyə əsaslanan dostluq, qarşılıqlı faydalı münasibətlərin qorunmasını dəstəklədiyini vurğulayıb. Bununla yanaşı, Putin Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirakı ilə Aİ üzvlüyünə doğru irəliləməsinin bir-biri ilə uyğun gəlmədiyini bildirib.
Görüşün əvvəlində Vladimir Putin qeyd edib ki, Rusiya həmişə Ermənistanla münasibətlərin inkişafını dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Onun sözlərinə görə, bu, hər iki xalqın fundamental maraqlarına uyğundur və digər məsələlərlə yanaşı, iki ölkə arasındakı dərin tarixi əlaqələrə əsaslanır.
Putin qeyd edib ki, Rusiya təxminən 30 faizlik payla Ermənistanın əsas ticarət-iqtisadi tərəfdaşı və ölkə iqtisadiyyatına ən böyük investor olaraq qalır. Təkcə 2026-cı ilin birinci yarısında iki ölkə arasında ticarət dövriyyəsi 2,5 milyard dollar təşkil edib.
Onun sözlərinə görə, iki ölkə arasında sənaye, kənd təsərrüfatı, mədənçilik, dinc nüvə enerjisi, nəqliyyat və rəqəmsal iqtisadiyyat sahələrində birgə layihələr həyata keçirilir. Rusiya müəssisələri Ermənistanın ən böyük vergi ödəyiciləri arasındadır, iş yerləri yaradır, müasir texnologiyaların ötürülməsini təmin edir və ölkənin enerji təhlükəsizliyinə töhfə verir.
Putin xüsusilə İrəvanın Avropa İttifaqına doğru irəliləmək niyyətinə toxunub. Rusiya lideri xatırladıb ki, bu məsələni Paşinyanla həm şəxsən, həm də telefon danışıqları zamanı dəfələrlə müzakirə edib.
Rusiya prezidenti vurğulayıb ki, Moskva Ermənistanın və erməni xalqının ölkənin gələcək yolunu müstəqil şəkildə müəyyən etmək suveren hüququnu tanıyır. Lakin onun sözlərinə görə, Aİ üzvlüyünə doğru irəliləmək Ermənistanın Aİİ-yə üzvlüyü üçün qaçılmaz olaraq müəyyən fəsadlar yarada bilər.
Putin bildirib ki, bu, Ermənistanın hazırda ümumi Avrasiya bazarında əldə etdiyi üstünlükləri itirməsinə, eləcə də mövcud ticarət zəncirlərinin pozulmasına səbəb ola bilər.
Rusiya prezidenti konkret iqtisadi göstəricilərə də istinad edib. O, vurğulayıb ki, Rusiya statistikasına görə, Ermənistanın Avrasiya inteqrasiyasında iştirak etdiyi on ildən artıq müddətdə ölkənin ÜDM-i təxminən üç dəfə artıb. Belə ki, ÜDM 2015-ci ildəki 10,6 milyard dollardan 2025-ci ilin sonuna qədər 29,2 milyard dollara yüksəlib.
Bu dövrdə Ermənistanın Aİİ ölkələrinə ixracı isə on dəfə artıb. Hazırda Aİİ bazarı Ermənistanın ümumi xarici ticarət dövriyyəsinin təxminən 36 faizini təşkil edir.
Buna görə də Rusiya prezidenti hesab edir ki, erməni xalqı gələcək siyasi və iqtisadi kursla bağlı mövqeyini açıq şəkildə ifadə etməlidir.
"Ermənistan xalqının etdiyi hər hansı seçimə hörmətlə yanaşacağıq. Ermənistan nə qərar verirsə, elə də olacaq", - deyə Vladimir Putin vurğulayıb.
Eyni zamanda, Putin bildirib ki, İrəvan kursunu dəyişərsə, Moskva da öz ticarət-iqtisadi siyasətini buna uyğun tənzimləməli olacaq. Buna görə də Rusiya tərəfi Ermənistanın gələcək istiqamətini mümkün qədər tez müəyyən etməsində maraqlıdır.
Putin xatırladıb ki, Paşinyan əvvəllər Avropa İttifaqı ilə yaxınlaşma ilə bağlı referendum keçirilməsinin zəruriliyi barədə açıq şəkildə danışıb. Rusiya prezidenti daha sonra Aİİ liderlərinin son zirvə görüşündə bu mövqeyi dəstəklədiyini və həmkarlarını Ermənistan baş nazirinin bu məsələ ilə bağlı ictimaiyyətə müraciət etmək niyyətini anlamağa çağırdığını bildirib.
Putinin sözlərinə görə, Ermənistanın gələcək istiqaməti ilə bağlı nə qədər tez aydınlıq yaranarsa, Moskvanın İrəvanla iqtisadi münasibətləri daha da inkişaf etdirmək üçün hansı prinsipləri əsas götürməli olduğunu müəyyənləşdirməsi bir o qədər asan olacaq.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Putin: Ermənistanın Aİ arzusu qanunidir, ancaq Aİİ-dən ayrılması demək olacaq
-
Putin danışarkən Peskov yatdı - (Video)
-
Putin yeni “Volqa”nı ilk dəfə sürdü - (Video)
-
Moskvada şagirdin qətlində şübhəli bilinən 2 qız tutuldu
-
Rusiyanın ən böyük neft zavoduna ağır zərbə: Hərbi aerodrom da vuruldu
-
Rusiyada bu hava limanı bağlandı
XƏBƏR LENTİ
-
Röyanın keçmiş qaynatası həbsdən çıxdı - Görüntüləri yayıldı
-
"Sabah" braziliyalı futbolçu transfer etdi
-
“Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - Bağçadakı qalmaqalın detalları - (Video)
-
Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq
-
BMT çıxılmaz vəziyyətdədir, Prezident İlham Əliyev çıxış yolu təklif edir: Dünya niyə yenidən islahatdan danışdı?
-
Paşinyan: Ermənistan Rusiya və Aİİ qarşısında götürdüyü öhdəlikləri pozmayıb
-
Putin: Ermənistanın Aİ arzusu qanunidir, ancaq Aİİ-dən ayrılması demək olacaq
-
Bazarda 2,50 manata satılan möcüzəvi meyvə ürəyi yeniləyir
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb - (Video)
-
(SABAH) ŞƏT-in Bişkek Sammiti qlobal güc dəyişikliyinin mühüm göstəricisidir - Mehmet Yüce
-
"Qızıl Top" reytinqi və əsas favorit açıqlandı
-
CENTCOM: SEPAH hədəflərinə zərbələr endirməyə başladıq
-
"Qarabağ"dan gedər-getməz qol vurdu, komandası qalib gəldi
-
Qabriel Jezus “Barselona”da
-
Samirə Əfəndi dondurmaçının önündə rəqs edənləri qınadı
-
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb - (Foto/Video)
-
Sevinc Əzizovaya vəzifə verildi
-
Putin danışarkən Peskov yatdı - (Video)
-
Trabzonspor Fatih Tekke ilə yollarını ayırdı
-
İlham Əliyevin sosial şəbəkə hesabında Hindistanın Baş naziri ilə görüşünə dair paylaşım edilib - (Foto)
-
Niyaməddin Musayevin fotoşopu müzakirə yaratdı - (Video)
-
Mahir Emrelinin komandasına yeni baş məşqçi təyin olundu
-
Ramiz Mehdiyevə yeni ittiham elan olundu
-
Sabah bu qəsəbədə qaz olmayacaq





