Rusiya

Rusiyanın ən böyük neft zavoduna ağır zərbə: Hərbi aerodrom da vuruldu

30 Avqust 2026 10:17
Baxış: 309
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ukrayna ötən gecə Rusiyanın Leninqrad və Krasnodar vilayətlərinə kütləvi dron hücumu təşkil edib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Leninqrad vilayətində "Kirişnefteorgsintez" neft emalı zavodunda hücum nəticəsində güclü yanğın başlayıb. "Kirişnefteorgsintez" Rusiyanın ən böyük neft emalı zavodlarından biridir. Emal gücü illik 20 milyon ton neft təşkil edir.

Krasnodar vilayətində isə hücum hədəfi Yeysk aerodromu olub. Zərbələrdən sonra aerodrom ərazisində təkrar partlayışlar qeydə alınmaqdadır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.