İdman

Matteo Genduzinin “Lyon”a nifrətinin səbəbi bəlli oldu – Köhnə müsahibəsi gündəmdə - (Video)

1 Sentyabr 2026 16:35
Baxış: 322
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Fənərbağça"nın fransalı futbolçusu Matteo Genduzinin "Lyon" klubuna qarşı xüsusi münasibətinin uşaqlıq illərindən formalaşdığı ortaya çıxıb.

Milli.Az xəbər verir ki, yarımmüdafiəçinin illər əvvəl verdiyi müsahibə yenidən gündəmə gəlib. Həmin vaxt "Lyon"la qarşılaşan futbolçu rəqib komanda və onun azarkeşləri barədə fikirlərini bölüşüb.

Matteo Genduzi müsahibəsində "Lyon"a qarşı hisslərinin sadəcə futbol rəqabəti ilə məhdudlaşmadığını ifadə edib. Onun illər əvvəl səsləndirdiyi fikirlər sosial şəbəkələrdə yenidən paylaşılaraq müzakirələrə səbəb olub.

Qeyd edək ki, Matteo Genduzi hazırda "Fənərbağça"nın formasını geyinir. Fransalı futbolçunun "Lyon"a qarşı münasibəti isə iki komandanın son qarşılaşmasından sonra yenidən diqqət mərkəzinə düşüb.

Xatırlada ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Fənərbağça" Fransada "Lion"u məğlub edərək turnurin əsas mərhələsinə vəsiqə qazanmışdı. Lakin matçın final fitindən sonra meydanda gərginlik yaşanıb. Matteoqələbəni qeyd etdiyi an "Lion" oyunçuları ilə "Fənərbağça" futbolçuları arasında dava düşmüşdü. Gərginliyin mərkəzində "Fənərbağça"nın fransalı futbolçusu Matteo Genduzi olub. O, komandasının qələbəsini qeyd edərkən "Lion" futbolçularının reaksiyası ilə qarşılaşıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.