Le Pen hakimiyyətə gəlsə, hicab taxanları nə gözləyir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fransada sağçı Milli Birlik (RN) partiyasının deputatı Jan-Filip Tanqi 2027-ci il prezident seçkiləri ilə bağlı açıqlamaları ilə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, Tanqi BFMTV-nin efirində bildirib ki, Marin Le Penin RN-dən prezidentliyə namizəd olduğu seçkidə partiya qalib gələcəyi təqdirdə hicab taxan şəxslərə cərimə tətbiq olunması gündəmə gətiriləcək.
Deputat Fransada "İslam ideologiyasına qarşı mübarizə" aparılacağını deyib.
Tanqi Parisin şəhərətrafı ərazilərindən birində böyüdüyünü və burada illər ərzində ciddi dəyişikliklərin baş verdiyini bildirib. O, Fransada hicab taxan qadınların sayının artmasından narahatlığını ifadə edərək vəziyyətin "nəzarətdən çıxdığını" söyləyib.
Deputatın bu açıqlamaları ölkədə, xüsusilə solçu siyasətçilər arasında sərt reaksiyalara səbəb olub.
Qeyd edək ki, Fransada dövlət qulluqçularının dini simvollardan, o cümlədən hicabdan istifadəsinə dair məhdudiyyətlər uzun müddətdir qüvvədədir. 2004-cü ildən etibarən dövlət məktəblərində şagirdlərin nəzərəçarpan dini simvollar taxmasına da qadağa qoyulub.
Xatırladaq ki, Fransada növbəti prezident seçkilərinin ilk turunun 18 aprel, ikinci turunun isə 2 may 2027-ci ildə keçirilməsi planlaşdırılır. Hazırkı prezident Emmanuel Makron iki prezidentlik müddətini başa vurduğu üçün növbəti seçkidə namizədliyini irəli sürə bilməyəcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda bağçada uşağın qanında psixotrop maddə aşkarlanması ilə bağlı araşdırma başlayıb
-
Hidayət Heydərov ailəsi ilə yeni fotolarını paylaşdı
-
Növbəti köç karvanı Ağdam şəhərinə çatıb - (Yenilənib)
-
Prezident İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq
-
İngiltərə nəhəngi türk futbolçuya "elçi düşdü" - (Foto)
-
Prezident İlham Əliyev: Çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir
-
Kamilə Babayevadan vəfat edən anası ilə bağlı paylaşım
-
Prezident İlham Əliyev: Müttəfiqlik münasibətləri haqqında Müqavilə Azərbaycan-Qırğızıstan münasibətlərini ən yüksək səviyyəyə qaldırdı
-
Azərbaycanda itkin düşmüş şəxslərlə bağlı statistika açıqlanıb
-
Tanınmış şərhçiyə yeni vəzifə verildi
-
Prezident İlham Əliyev: BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası müvafiq mexanizmlərin hazırlanmasını tələb edir
-
Azərbaycanlı kikboksçu dopinqə görə 2 il diskvalifikasiya edildi
-
Le Pen hakimiyyətə gəlsə, hicab taxanları nə gözləyir?
-
Prezident İlham Əliyev: Ermənistanla birlikdə qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyirik
-
Məşhur müğənni səhnə adını dəyişdi
-
Birinci xanım Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub - (Foto)
-
Maştağada İT mütəxəssisi faciəvi şəkildə öldü
-
“Fənərbağça” daha 3 futbolçunu göndərir
-
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlər müəyyən edilib
-
Vüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...
-
Bu gündən sudan xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlərin tətbiqinə başlanılıb
-
Ebru Gündeşin səhnə geyimi diqqəti çəkdi - (Video)
-
Kosmosa uçan ilk jurnalist vəfat etdi
-
Azərbaycanda balıq ovu mövsümü açıldı





