Kirayə dostluq edərək saatına 2.50 AZN qazanırlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Taylandda dəyişən həyat tərzi yeni bir qazanc modelinin ortaya çıxmasına səbəb olub. Ölkədə tək yaşayanların sayı artdıqca, saatlıq ödəniş qarşılığında "dost kirayələmə" xidməti də yayılmağa başlayıb.
Milli.Az xəbər verir ki, "Friend-for-hire" (Kirayə dost) adlandırılan sistemdə şəxslər müəyyən bir müddət ərzində özlərinə yoldaşlıq etməsi üçün bir nəfəri kirayə götürə bilirlər. Xidmət səyahətdən alış-verişə, idman etməkdən kafedə vaxt keçirməyə qədər bir çox gündəlik fəaliyyəti əhatə edir.
Romantik münasibətdən çox sosial dostluq
Sözügedən xidmət romantik və ya cinsi münasibətə deyil, sosial dostluq və birlikdə vaxt keçirmək fikrinə əsaslanır. Müştərilər kirayələdikləri dostları ilə alış-verişə çıxa, kafeyə və ya spaya gedə bilər, idman zalında məşq edə və ya qapalı məkanda qayayadırmanma kimi fəaliyyətlərə qatılabilərlər. Bəzi müştərilər isə xüsusilə səyahət zamanı özlərinə yoldaşlıq edəcək birini üstün tuturlar. Beləcə, tək başına gəzmək istəməyən şəxslər həm səyahət boyunca tək qalmırlar, həm də gəzdikləri yerlərdə şəkillərini çəkəcək bir dosta sahib olurlar.
Saatlıq ödənişi 2.50 AZN-ə yaxınlaşır
Xarici mətbuatda yer alan xəbərlərə görə, "kirayə dost" xidmətinin qiyməti şəxsdən və görüləcək işdən asılı olaraq dəyişir. Bəzi xidmət təminatçıları bir saatlıq dostluq üçün təxminən 1000 baat ödəniş tələb edirlər.
Cari məzənnəyə əsasən bu rəqəm təxminən 2.50 AZN-ə bərabərdir. Xidməti göstərən şəxslər müştərilərin tələblərinə uyğun olaraq qaçış, aerobika, alış-veriş, spa, kafe gəzintisi, idman zalı və qapalı məkanda qayayadırmanma kimi müxtəlif tədbirlərə yoldaşlıq edirlər.
Tətildə şəklini çəkəcək dost belə kirayələnir
Sistemin diqqət çəkən istifadə sahələrindən biri də səyahətlərdir. Tək başına tətila çıxan, lakin gəzintilərini paylaşacaq birini istəyən şəxslər özlərinə yoldaşlıq edəcək bir dost kirayələyə bilirlər. Kirayələnən şəxs yalnız səyahət boyunca yoldaşlıq etməklə kifayətlənmir, ehtiyac olduqda müştərinin tətildə şəkillərini də çəkir. Beləliklə, sosial mediada tək başına səyahət edirmiş kimi görünmək istəməyənlər üçün də fərqli bir alternativ ortaya çıxır.
Taylandda hər 10 ev təsərrüfatından 3-ü tək nəfərlikdir
Bu yeni biznes modelinin yayılmasının arxasında isə Taylandda həyat tərzinin dəyişməsi dayanır. Məlumatlara görə, 2025-ci ildə Taylanddakı ev təsərrüfatlarının 29,5 faizi tək nəfərlik ev təsərrüfatlarından ibarət olub. Dünya miqyasında bu nisbət 21,9 faiz səviyyəsindədir.
Əhalinin qocalması, evlilik nisbətlərinin aşağı düşməsi və tək başına yaşamanın getdikcə daha çox yayılması insanların sosiallaşma biçimlərini də dəyişdirir. Saatlıq ödəniş qarşılığında dost kirayələmə xidməti isə bu dəyişikliyin ortaya çıxardığı qeyri-adi biznes modellərindən biri kimi diqqət çəkir. Birlikdə vaxt keçirmək, səyahət etmək və ya gündəlik bir fəaliyyəti paylaşmaq artıq Taylandda saatlıq ödəniş qarşılığında təklif olunan bir xidmətə çevrilib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Nə yulaf, nə qranola: Qatığa bir qaşıq əlavə edənlərin bağırsağı mühərrik kimi işləyir
-
Nə tualet fırçası, nə də zibil qutusu - ən təhlükəli əşya mətbəxdə imiş
-
Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
-
Günün qoroskopu: Qarşı tərəf təkliflərinizə müsbət yanaşacaq
-
Bu yol birbaşa Bakı-Quba və Bakı-Şamaxı magistralına çıxacaq - (Video)
-
Bakıda iri mağazaların yerləşdiyi küçə yağışa görə iflic oldu - (Video)
XƏBƏR LENTİ
-
Nə yulaf, nə qranola: Qatığa bir qaşıq əlavə edənlərin bağırsağı mühərrik kimi işləyir
-
“Oktay Kaynarca ilə görüşməli idim...” - Pərvin Abıyeva
-
Nə tualet fırçası, nə də zibil qutusu - ən təhlükəli əşya mətbəxdə imiş
-
Şəmkirdə ağır qəza - 2 nəfər ölüb, 1 nəfər yaralanıb
-
Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində 12 Noyabr – Konstitusiya Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü - (Foto)
-
Günün qoroskopu: Qarşı tərəf təkliflərinizə müsbət yanaşacaq
-
Brüs Uillisin dili tutuldu
-
İtaliyada 6300 məktəbə bomba xəbərdarlığı göndərildi
-
Nərmin Abdinova Avropa çempionu oldu
-
Bu yol birbaşa Bakı-Quba və Bakı-Şamaxı magistralına çıxacaq - (Video)
-
Orbanın qardaşı həbs edildi
-
Bakıda iri mağazaların yerləşdiyi küçə yağışa görə iflic oldu - (Video)
-
19 ildən sonra ikinci divizion oyunçusu milli komandaya çağırıldı
-
Tayland turist vergisi tətbiq edəcək
-
Rusiyanın ABŞ-dəki səfiri ölüb
-
“Əgər Yamal yox, Messi olsaydı, həyəcan keçirərdim” - “Sabah”ın futbolçusu
-
Arif Mirzəyev vəfat etdi
-
Kəmaləddin Heydərov Polşa səfirliyində olub, başsağlığı verib - (Foto/Video)
-
Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - (Video)
-
Dövlət Komitəsi Göy məscidin tarixi-mədəni kimliyinin təhrif edilməsinə etiraz edib
-
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - (Foto)
-
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb





