Şou-biznes

Stavros Floros Acundan 100 milyon tələb edir - (Foto)

4 Sentyabr 2026 19:29
Baxış: 259
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Survivor Greece" ulduzu Stavros Floros realiti-şounun prodüserlərini məhkəməyə verib.

Milli.Az xəbər verir ki, Stavrosun iddiasına görə, verilişin bütün formatı iştirakçıların açıq sularda nizə ilə balıq ovlamasını tələb edirdi. Çəkilişlərin aparıldığı ərazidə isə suların turist qayıqları tərəfindən intensiv istifadə edildiyini bildirib.

Çəkiliş zamanı baş verən qəza nəticəsində onun sol ayağı dizdən yuxarı hissədən amputasiya olunub. Floros hadisə ilə bağlı 100 milyon dollardan çox təzminat tələb edir.

Xatırladaq ki, məşhur reality-şounun Yunanıstan versiyasında iştirak edən Stavros 11 may 2026-cı ildə çəkiliş zamanı yemək üçün nizə ilə balıq ovlayarkən turist qayığının pervanəsinin zərbəsinə məruz qalıb. (olay)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.