Bakıda yeni metrostansiya “20 Sentyabr” adlandırılacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Metropoliteninin Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni metrostansiya "20 Sentyabr" adlandırılacaq.
Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin bərpa olunduğunu nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsünə əsasən Bakı Metropoliteninin Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni stansiyası "20 Sentyabr" adlandırılıb.
Bakı Şəhər İcra Hakimiyyəti və "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti bu Qərardan irəli gələn məsələləri həll etməlidirlər.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə 20 sentyabr Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal antiterror əməliyyatlarından sonra Azərbaycanın bütün ərazisində suverenliyin tam bərpa edilməsi şərəfinə bu tarix xüsusiləşdirilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tsarukyanın həbs müddəti uzadıldı
-
Xəyalə oğlunun 19 yaşını belə təbrik etdi - (Video)
-
Yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub
-
Bakıda yeni metrostansiya “20 Sentyabr” adlandırılacaq
-
Ukrayna Təhlükəsizlik Xidmətinin qərargahı dronla vuruldu
-
Bu marşrutların hərəkət sxemi dəyişdirilir
-
Yuxusuz qalanlar bunu mütləq bilməlidir
-
Tərtərdə iki avtomobil toqquşub, sürücülər xəsarət alıb
-
Yıldız Usmanovanın son görüntüsü müzakirə yaratdı – “Doğrudanmı özüdür?” - (Video)
-
Dünya üzrə ərzaq qiymətləri rekord həddə çatdı
-
4 şəxsin dövlətə xəyanət işi üzrə apellyasiya şikayəti təmin edilmədi
-
Nepalda daşqın və sürüşmə: Ölənlərin sayı 1 287-yə çatdı
-
Mahsun Kırmızıgül: "12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum"
-
Kamilo Duran ayın futbolçusu seçildi - (Foto)
-
“Liverpul” 18 yaşlı fransalı hücumçunu transfer etdi
-
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
-
Murad Boz evlənmək istəyir: “Xeyirlisindən bir qismət, İnşallah” - (Video)
-
Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
-
Yaşar Nurinin qızı atasını belə yad etdi - (Foto)
-
Yardımlıda qədim insana məxsus sümüklər aşkarlandı
-
Kılıçdaroğlunun müavini qadına şiddət tətbiq etdi, həbs edildi - (Video)
-
Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər
-
Azərbaycanda vergi daxilolmaları 9%-dən çox artıb
-
"Sənin kimi yaraşıqlıya niyə aşiq olmadılar?" - Oktay Kaynarcanı təəccübləndirdi - (Video)





