Azərbaycanda vergi daxilolmaları 9%-dən çox artıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2026-cı ilin yanvar - avqust ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 12 milyard 619,1 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 900,1 milyon manat çoxdur.
Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin müvafiq dövrünə nisbətən vergi daxilolmaları 1 milyard 58 milyon manat və ya 9,2 faiz artıb.
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 9 milyard 468,7 milyon manat təşkil edib və büdcəyə proqnozdan əlavə 281,7 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 1 milyard 34,1 milyon manat və ya 12,3 faiz artıb.
2026-cı ilin yanvar - avqust aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 546,6 milyon manat olub, proqnozdan əlavə 252,8 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 3 milyard 52,7 milyon manatdan çox təşkil edib.
Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 161,8 milyon manata yaxın olub, proqnozdan əlavə 7,5 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 125,3 milyon manatdan çox təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 682 milyon manatdan çox olub, proqnozdan əlavə 17,4 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 456,3 milyon manata yaxın təşkil edib.
Qeyd edək ki, maliyyə naziri Sahil Babayev Milli Məclisin iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı son illər həyata keçirilən islahatların qeyri-neft sektorunun davamlı inkişafını təmin etdiyini bildirib. Onun sözlərinə görə, hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə ÜDM 92,3 milyard manat təşkil edərək ümumi ÜDM-in 71,5 faizinə çatıb ki, bu da əvvəlki illə müqayisədə 2,7 faiz real artım deməkdir.
Nazir qeyd edib ki, icmal büdcədə qeyri-neft gəlirlərinin payı 55,2 faizə, qeyri-neft vergilərinin payı isə 25 faizə yüksəlib. O vurğulayıb ki, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin ümumi daxilolmalardakı xüsusi çəkisi son beş ildə 43,3 faizdən 52 faizə yüksəlib və 2026-cı il dövlət büdcəsində bu göstəricinin 57,4 faizə çatdırılması nəzərdə tutulur.
"Qeyd olunan göstəricilərin dinamikası qeyri-neft sektorunun inkişafının və dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılmasının dövlətin əsas prioritet istiqamətlərindən biri olduğunu göstərir. Qeyri-neft sektoru üzrə gəlirlərin artırılması və mənbələrinin şaxələndirilməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir və məsələ daim nəzarətdə saxlanılır", - deyə Sahil Babayev bildirib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
-
Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
-
Yaşar Nurinin qızı atasını belə yad etdi - (Foto)
-
Azərbaycanda vergi daxilolmaları 9%-dən çox artıb
-
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
-
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
XƏBƏR LENTİ
-
Tərtərdə iki avtomobil toqquşub, sürücülər xəsarət alıb
-
Yıldız Usmanovanın son görüntüsü müzakirə yaratdı – “Doğrudanmı özüdür?” - (Video)
-
Dünya üzrə ərzaq qiymətləri rekord həddə çatdı
-
4 şəxsin dövlətə xəyanət işi üzrə apellyasiya şikayəti təmin edilmədi
-
Nepalda daşqın və sürüşmə: Ölənlərin sayı 1 287-yə çatdı
-
Mahsun Kırmızıgül: "12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum"
-
Kamilo Duran ayın futbolçusu seçildi - (Foto)
-
“Liverpul” 18 yaşlı fransalı hücumçunu transfer etdi
-
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
-
Murad Boz evlənmək istəyir: “Xeyirlisindən bir qismət, İnşallah” - (Video)
-
Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
-
Yaşar Nurinin qızı atasını belə yad etdi - (Foto)
-
Yardımlıda qədim insana məxsus sümüklər aşkarlandı
-
Kılıçdaroğlunun müavini qadına şiddət tətbiq etdi, həbs edildi - (Video)
-
Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər
-
Azərbaycanda vergi daxilolmaları 9%-dən çox artıb
-
"Sənin kimi yaraşıqlıya niyə aşiq olmadılar?" - Oktay Kaynarcanı təəccübləndirdi - (Video)
-
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
-
Lamine Yamalın yeni sevgilisi ilə səmimi görüntüləri - (Fotolar)
-
Sabah iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
-
Alkoqol içənlərin beynində nə baş verir? - Alimlər səbəbini açıqladı
-
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
-
REDMI Note 17 Series: uzunömürlülükdə yeni standart - (Foto)
-
Erdoğanın oğlu nikah şahidi oldu: Cütlüyə tövsiyyəsi diqqət çəkdi - (Video)





