Yardımlıda qədim insana məxsus sümüklər aşkarlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yardımlı rayonunda aparılan arxeoloji qazıntı zamanı gənc insana məxsus olan sümüklər aşkarlanıb.
Milli.Az xəbər verir ki, bu barədə Report-a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elm işçisi, tarix üzrə professor və doktoru, dosent Anar Ağalarzadə məlumat verib.
O qeyd edib ki, əsasən Yardımlıda aparılan arxeoloji qazıntılar nəticəsində qədim dəfn ənənələri haqqında təsəvvür əldə etmək mümkündür:
"Yardımlı rayonunun yüksək dağlıq ərazilərində arxeoloji qazıntılar zamanı qədim dəfn adətlərinə dair yeni faktlar üzə çıxarılıb. Ögü kurqanlarında aparılan tədqiqatlar nəticəsində insan qalıqları, saxsı qab fraqmentləri və ritual xarakterli əşyalar aşkarlanıb. Tapıntıların bölgədə Son Tunc və Erkən Dəmir dövründə yaşamış tayfaların həyat tərzi və inancları barədə mühüm məlumat verəcəyi gözlənilir. 12 nəfərlik arxeoloji heyət Ögü kurqanında qazıntı işlərinə avqustun sonlarından başlayıb. Əkin sahələrinin arasında yerləşən abidənin üst qatında, təxminən 40 santimetr dərinlikdən sonra insan skeleti və saxsı qab fraqmentləri üzə çıxıb".
Professor bildirib ki, qazıntıların əsas məqsədi yüksək dağlıq ərazidə yaşamış qədim tayfaların dəfn mədəniyyətlərini öyrənmək, eyni zamanda, onların istehsal təsərrüfatını, sənətkarlıq və məişətini araşdırmaqdır:
"İlkin tapıntılar kurqanın eramızdan əvvəl X-IX əsrlərdə də istifadə olunduğunu göstərir. Arxeoloqlar mərkəzi kameraya doğru irəlilədikcə dəfnlə bağlı daha qədim faktların çıxacağı istisna edilmir".
AMEA Arxeologiya və Antropologiya İnstitutun aparıcı elmi işçisi, antropoloq Dmitriy Kiriçenko deyib ki, ilkin nəticələrə görə, kurqanda aşkarlanan sümüklər gənc insana məxsusdur:
"Ola bilər, cavan qadın sümükləridir. Bunu qazıntılar başa çatdıqdan sonra tam dəqiqləşdirə biləcəyik. Sümükləri və kəlləni bərpa edəcəyik. Bu insanın dişində diş daşı və fiziki stressmarkerlər aşkarlanıb. Bu əlamətlər insanın dağ zonasında çox hərəkət etdiyini göstərir".
Ögü kurqanı yüksək dağlıq ərazidə tədqiq olunan ilk iri ölçülü kurqan kimi də diqqət çəkir. Ətrafda bu tipli daha 10-a yaxın kurqan qeydə alınıb. Kurqanın örtüyündən tapılanlar isə yalnız insan qalıqları deyil. Orada tapılan daşdan hazırlanmış əmək aləti və ritual xarakterli olduğu ehtimal edilən nazik daş lövhə də tədqiqatçıların maraq dairəsindədir. Nəticələrin bölgənin Son Tunc və Erkən Dəmir dövrü mədəniyyətinə dair yeni elmi məlumatlar ortaya çıxaracağı gözlənilir.
Qeyd edək ki, ərazidə həcmindən və aşkar ediləcək artefaktların təyinatından asılı olaraq arxeoloji qazıntılar hələ bir müddət davam edəcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Tərtərdə iki avtomobil toqquşub, sürücülər xəsarət alıb
-
4 şəxsin dövlətə xəyanət işi üzrə apellyasiya şikayəti təmin edilmədi
-
Yardımlıda qədim insana məxsus sümüklər aşkarlandı
-
Sabah iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
-
Azərbaycanda qızıl qaçaqmalçılığı ilə bağlı 5 nəfərə hökm oxundu
-
Günəşdə güclü partlayış baş verib
XƏBƏR LENTİ
-
Yuxusuz qalanlar bunu mütləq bilməlidir
-
Tərtərdə iki avtomobil toqquşub, sürücülər xəsarət alıb
-
Yıldız Usmanovanın son görüntüsü müzakirə yaratdı – “Doğrudanmı özüdür?” - (Video)
-
Dünya üzrə ərzaq qiymətləri rekord həddə çatdı
-
4 şəxsin dövlətə xəyanət işi üzrə apellyasiya şikayəti təmin edilmədi
-
Nepalda daşqın və sürüşmə: Ölənlərin sayı 1 287-yə çatdı
-
Mahsun Kırmızıgül: "12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum"
-
Kamilo Duran ayın futbolçusu seçildi - (Foto)
-
“Liverpul” 18 yaşlı fransalı hücumçunu transfer etdi
-
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
-
Murad Boz evlənmək istəyir: “Xeyirlisindən bir qismət, İnşallah” - (Video)
-
Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
-
Yaşar Nurinin qızı atasını belə yad etdi - (Foto)
-
Yardımlıda qədim insana məxsus sümüklər aşkarlandı
-
Kılıçdaroğlunun müavini qadına şiddət tətbiq etdi, həbs edildi - (Video)
-
Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər
-
Azərbaycanda vergi daxilolmaları 9%-dən çox artıb
-
"Sənin kimi yaraşıqlıya niyə aşiq olmadılar?" - Oktay Kaynarcanı təəccübləndirdi - (Video)
-
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
-
Lamine Yamalın yeni sevgilisi ilə səmimi görüntüləri - (Fotolar)
-
Sabah iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
-
Alkoqol içənlərin beynində nə baş verir? - Alimlər səbəbini açıqladı
-
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
-
REDMI Note 17 Series: uzunömürlülükdə yeni standart - (Foto)





