Siyasət

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 2026 19:55
Baxış: 344

İtaliyanın Baş naziri Giorgia Meloni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib.

Milli.Az xəbər verir ki, Giorgia Meloni bu barədə özünün "X" sosial şəbəkə hesabından paylaşım edib.

"Əziz Prezident İlham Əliyev, bu sözlərə və ölkələrimizi birləşdirən səmimi dostluğa görə təşəkkür edirəm.

İtaliya və Azərbaycan uzun illər ərzində ümumi baxışlar və maraqlar üzərində qurulan möhkəm əməkdaşlıq formalaşdırıblar.

Strateji tərəfdaşlığımızı möhkəmləndirmək üçün birlikdə gördüyümüz işdən çox qürur duyuram və əminəm ki, qarşıda ölkələrimizin maraqları naminə əməkdaşlıq üçün yeni əhəmiyyətli imkanlar bizi gözləyir", - Meloninin paylaşımda qeyd olunub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.