Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Washington Examiner nəşrində dərc olunan və son bir il ərzində Azərbaycanla Ermənistan arasında sülhə gedən yolda əldə edilmiş tərəqqidən bəhs edən məqaləsini paylaşıb.
Uitkoff həmin məqaləsində Azərbaycan və Ermənistan arasında Sülh üzrə Birgə Bəyannamənin imzalanmasından bir il ötürülməsini qeyd edərək, bunu 35 ildən artıq davam edən qanlı qarşıdurmaya son qoyan mühüm nailiyyət adlandırıb. "Prezident Trampın cəsarətli və uzaqgörən liderliyi sayəsində bu gün iki ölkə arasında Sülh üzrə Birgə Bəyannamənin imzalanmasından bir il ötür - bu, həqiqətən də böyük bir nailiyyətdir. Prezident əvvəlki məhdudiyyətləri aşaraq, Azərbaycan və Ermənistan arasında sülhü prioritetə çevirdi", - deyə Uitkoff yazıb.
O bildirib ki, ABŞ tərəfinin Bakı ilə qarşılıqlı əlaqələri onun 2025-ci ilin martında Azərbaycana səfəri ilə başlayıb. Uitkoffun sözlərinə görə, ilk təmasdan sonra ABŞ-nin Azərbaycanla münasibətlərinə əvvəllər lazımınca diqqətin yetirilmədiyi aydın olub.
Xüsusi nümayəndə qeyd edib ki, Trampın xarici siyasət yanaşması ABŞ-nin maraqlarını irəli aparmaq, o cümlədən uzunmüddətli münaqişələri həll etmək məqsədilə müxtəlif tərəflərlə birbaşa əməkdaşlığa hazır olmaqdan ibarətdir.
Uitkoff həmçinin Azərbaycanın Prezidenti İlham Əliyevin sülh prosesindəki rolunu yüksək qiymətləndirərək, onu sülhə nail olmaq üçün çətin, lakin zəruri addımlar atmağa hazır olan güclü və qətiyyətli lider adlandırıb. "Prezident İlham Əliyev həm ölkəsinin maraqlarını, həm də regional sabitliyin daha geniş gündəliyini anlayır. Bu səfər komandamızı tərəqqinin mümkün olduğuna əmin etdi", - deyə o bildirib.
Uitkoffun sözlərinə görə, əsas praktiki məsələlərdən biri Azərbaycanın Naxçıvana maneəsiz çıxışının təmin edilməsi zərurəti qalırdı. O bildirib ki, bu məsələ uzun müddət yalnız sıfır cəmli ərazi mübahisəsi kimi nəzərdən keçirilib və əlavə edib ki, onun həlli üçün "yeni düşüncə tərzi, yaradıcı həllər və ən başlıcası, liderlik" tələb olunub.
Uitkoff qeyd edib ki, belə liderliyi ilk olaraq Tramp nümayiş etdirib və Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə tam hörmətlə yanaşmaq şərtilə onun ərazisindən maneəsiz multimodal nəqliyyat marşrutlarının yaradılmasına dair ABŞ-Ermənistan tərəfdaşlığı olan TRIPP konsepsiyasının meydana çıxması üçün şərait yaradıb. "Tramp nümayişkaranə proses əvəzinə praktiki nəticələrə üstünlük verdi və bu yanaşma özünü doğrultdu", - deyə xüsusi nümayəndə bildirib.
Onun sözlərinə görə, son bir il ərzində ABŞ əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün Ermənistan və Azərbaycanla əməkdaşlıq edib. Uitkoff həmçinin TRIPP marşrutunun Xəzər dənizi ilə əlaqələndiriləcəyinə, konsepsiyanın isə gələcəkdə Yaxın Şərqdə də inkişaf etdirilə biləcəyinə ümid etdiyini bildirib.
"Bir neçə regionda eyni vaxtda cərəyan edən mürəkkəb münaqişələr dövründə Tramp başqalarının yalnız çıxılmaz vəziyyət gördüyü yerdə sülh və rifaha nail olmağa imkan verən unikal mövqeyini qoruyub saxlayır. Cənubi Qafqaz bu gün daha təhlükəsiz və sabitdir, çünki Tramp, Əliyev və Paşinyan ritorikanı deyil, nəticələri seçiblər", - deyə Uitkoff sözlərini yekunlaşdırıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
-
Prezident İlham Əliyev Ciorcia Melonini təbrik edib - (Foto)
-
Azərbaycan və Ermənistan cəmiyyətləri sülhü getdikcə daha aydın hiss edir - ATƏT PA prezidenti
-
ATƏT Azərbaycanla dialoqu seçir: Bəzi Avropa institutlarının ayılma vaxtı çatdı...
-
Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır - MEDİA
-
Ermənistan Azərbaycana nə ixrac edəcək? - Açıqlama
XƏBƏR LENTİ
-
Payızın Azərbaycana daxil olacağı tarix açıqlandı
-
8 ayda 7,3 milyondan çox sərnişin daşınıb - ADY
-
Edin Ceko Bosniya və Herseqovina millisi ilə vidalaşır
-
Sabah yağış yağacaq - Proqnoz
-
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edilib
-
Türk aktyor əzələli bədənini nümayiş etdirdi - (Fotolar)
-
Azərbaycanda bu sözü deyənə 15 il həbs verilir?
-
"Hər dəfə uşağı göyərmiş halda gətirirdilər” - "Kayu" uşaq bağçasından şikayət - (Yenilənib)
-
Beynəlxalq axtarışda olan azərbaycanlı Ukraynadan ölkəyə ekstradisiya ediləcək
-
Jurnalistika adı altında siyasi sifariş
-
Iğdır valisi və xanımı “Qarabağ” mahnısına belə rəqs etdilər – (Video)
-
Böyük məbləğ. Böyük imkanlar. Bank VTB (Azərbaycan) 0% komissiya ilə 100 000 AZN-dək nağd kredit kampaniyasını uzadıb
-
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
-
Xalq artistinin 60 il əvvəlki fotosu yayıldı
-
Elgiz yeni verilişinin tarixini açıqladı
-
Azərbaycan Premyer Liqası: "Qəbələ" "İmişli"yə, "Kəpəz" "Şamaxı"ya qarşı
-
DİM-in imtahanlarında PISA tipli tapşırıqlar tətbiq edilə bilər
-
Üzüm və Şərab Festivalına hazırlıqlar başlayıb
-
Sentyabrda kimlərin bəxti gətirəcək? – Bürclər üzrə proqnoz
-
Luka Modriç Arda Gülerdən danışdı: “İlk gəldiyi gündən anladıq”
-
MİDA Lənkəran və Şirvanda güzəştli mənzillərin satışına başladı
-
Xalq artistinin stilist qızı: "Nənəm "hinduşka"ları satdı, 100 dollara məni salona işə düzətdi"
-
Tramp üçün təhlükəli payız: ABŞ-da nə baş verir?
-
Lənkəranda 73 yaşlı kişi faciəvi şəkildə öldü





