Jurnalistika adı altında siyasi sifariş
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan haqqında Qərb mediasında son günlər yayılan materiallara ayrı-ayrı redaksiya səhvi kimi baxmaq artıq sadəlövhlük olardı. "The Guardian", "The Independent", BBC, CNN, "Le Monde", TVP və "Nexta" kimi müxtəlif ölkələrdə fəaliyyət göstərən resurslarda eyni istiqamətli ittihamların, eyni manipulyativ çərçivələrin və eyni siyasi intonasiyanın təkrarlanması təsadüfə yox, sistemə bənzəyir.
Məsələ Azərbaycanın tənqid olunmasında deyil. Tənqid jurnalistikanın təbii funksiyasıdır. Problem odur ki, bəzi redaksiyalar Azərbaycan mövzusuna gələndə jurnalistikanın öz qaydalarını unudurlar. Qarşı tərəfin mövqeyi alınmır, faktların alternativ izahı araşdırılmır, kontekst ya ixtisar edilir, ya da məqsədli şəkildə dəyişdirilir. Sonra isə əvvəlcədən hazırlanmış siyasi nəticə "müstəqil jurnalistika" adı ilə auditoriyaya təqdim olunur.
Bu artıq xəbər istehsalı deyil. Bu, hökm istehsalıdır.
Əgər nəticə araşdırmadan əvvəl məlumdursa, jurnalistin işi fakt tapmaq deyil, hökmə uyğun fakt seçmək olur. Belə halda redaksiya xəbər otağından çıxıb siyasi laboratoriyaya çevrilir.
Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğının "Nexta" tərəfindən dövlətlərarası siyasi münasibətlər fonunda təqdim edilməsi bunun ən sadə nümunələrindən biridir. Hadisə barədə konkret faktlardan daha çox siyasi eyhamlar önə çəkilirsə, məqsəd məlumat vermək deyil, şübhə yaratmaqdır. Müasir dezinformasiyanın texnologiyası da budur: əvvəl sual işarəsi qoyulur, sonra ehtimal yaradılır, bir neçə saat sonra isə həmin ehtimal sosial şüurda fakt kimi yaşayır.
Ən ironik olan isə budur ki, Qərbin bəzi media strukturları illərlə dünyaya "hibrid müharibə", "informasiya manipulyasiyası", "xarici təsir" haqqında dərs keçiblər. İndi həmin anlayışların metodologiyasını Azərbaycan mövzusunda özləri tətbiq edəndə onların mənəvi üstünlük iddiası da mənasını itirir.
Yalan yalnız Moskvadan, Tehrandan və ya başqa paytaxtdan gələndə yalan deyil. London, Paris və ya Varşavadan gələndə də yalandır. BBC loqosu yanlış məlumatı həqiqətə çevirmir. "The Guardian"ın reputasiyası birtərəfli mətni avtomatik olaraq obyektiv jurnalistika etmir.
Burada söhbət bir neçə məqalədən daha böyük məsələ barədə gedir. Azərbaycan haqqında uzunmüddətli mənfi informasiya fonu formalaşdırılır. Əvvəl ölkəyə siyasi etiket yapışdırılır, sonra bütün hadisələr həmin etiketə uyğun şərh olunur. Fakt uyğun gəlmirsə, fakt dəyişdirilmir, sadəcə kənara atılır.
Bu, klassik informasiya texnologiyasıdır: əvvəl obraz yaradılır, sonra reallıq o obraza uyğun montaj edilir.
Regionda yeni siyasi reallığın yarandığı, dövlətlərarası münasibətlərin normallaşması imkanlarının genişləndiyi bir dövrdə belə kampaniyaların intensivləşməsi də təsadüfi görünmür. Çünki sabitlik həmişə hamının marağına uyğun gəlmir. Bəziləri üçün Cənubi Qafqaz yalnız qarşıdurma, böhran və münaqişə olduğu müddətdə maraqlıdır.
Azərbaycanın isə bu oyunda özünü müdafiə etməkdən başqa yolu yoxdur. Amma cavab emosional qışqırıq deyil. Cavab fakt, sənəd, hüquq, peşəkar informasiya siyasəti və operativ reaksiya olmalıdır.
Çünki dezinformasiyanın ən təhlükəli forması açıq yalan deyil.
Ən təhlükəlisi yalanın redaksiya standartları, jurnalist etikası və "müstəqil media" vitrini arxasında satılmasıdır.
Və belə məqamda susmaq təmkin deyil.
Susmaq yalanın reputasiya qazanmasına kömək etməkdir.
Elçin Alıoğlu
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Toyda unudulmaz an - (Video)
-
Uşağa qələmi düzgün tutmağı öyrətməyin maraqlı üsulu – (Video)
-
Zeytun Festivalının açılışı olub - (Foto)
-
Zeytunla başlayan, musiqi ilə davam edən gün - (Foto)
-
Azərbaycan məktəblərində hicab məsələsi türkiyəli jurnalistlə müzakirə olunub
-
Xocalının 3 kəndinə 7,3 milyon manat xərclənəcək
XƏBƏR LENTİ
-
Toyda unudulmaz an - (Video)
-
Sobada İzmir küftəsi resepti
-
İş müsahibəsində uğur gətirən 3 strateji "ağ yalan"
-
Adil Yıldırım: "Gündə 20 dəfə əlaqədə olurdum, İtaliyada ciddi müalicə aldım" - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb - ( Video)
-
Uşağa qələmi düzgün tutmağı öyrətməyin maraqlı üsulu – (Video)
-
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - (Foto)
-
İbad Hüseynov səfirliyin dəstəyi ilə Azərbaycana qayıtdı
-
Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları
-
Yuyulduqdan sonra yığılan gödəkçəni əvvəlki halına qaytarmağın yolları
-
Tovuzda iki nəfər bıçaqlanıb, biri ölüb - Yenilənib
-
Günün qoroskopu: Şəxsi həyatınızda bəzi gərginliklər yaşana bilər
-
Qubadlının işğaldan azad edilməsindən 6 il ötür
-
Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır - (Video)
-
“Qızımı belə böyütməməli idim“ - Sənubər İsgəndərli
-
Rafet El Romanın azərbaycanlı nişanlısı - (Foto)
-
Bəzi kolleclər bağlana bilər - (Video)
-
Bacısı Aygün Bəylərin qızı ilə bağlı vəsiyyətini açıqladı
-
Deputatın oğlu "Yeraz Əhməd" dava edənləri barışdırmaq istəyirmiş - (Video)
-
"Cəhənnəm Necati"yə hökm oxundu
-
“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Engin Altana ağır itki - (Foto)
-
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
-
“Neftçi” - “Turan Tovuz” matçında heç-heçə, “Kəpəz”dən qələbə - Yenilənib





