Cəmiyyət

Qəbələ-Laza yolu keçilməz hala düşdü - (Video)

4 Sentyabr 2026 09:44
Baxış: 319
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Güclü leysan Qəbələ-Laza avtomobil yolunun bəzi hissələrini keçilməz hala salıb.

Milli.Az Xəzər TV-yə istinadla xəbər verir ki, sakinlərin sözlərinə görə, son iki gündə Qəbələ rayonunun dağlıq ərazilərinə yağan güclü yağışlar nəticəsində Qəbələ-Laza yolunda ciddi fəsadlar yaranıb.

Sel suları avtomobil yolunun müəyyən hissələrini yuyub. Bu səbəbdən yolda nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb. Əraziyə səfər edən turistlər də kəndə getməkdə çətinlik çəkirlər.

Əraziyə ağır texnikalar cəlb olunub, yolun bərpası istiqamətində işlər aparılır.

Mövcud vəziyyətlə əlaqədar Laza kəndinə gediş-gəliş alternativ yol vasitəsilə həyata keçirilir. Yaxın günlərdə yolun yenidən bərpa olunacağı gözlənilir.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.