"Hər dəfə uşağı göyərmiş halda gətirirdilər” - "Kayu" uşaq bağçasından şikayət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda fəaliyyət göstərən "Kayu" uşaq bağçası ilə bağlı valideyn tərəfindən ciddi iddialar səsləndirilib.
Milli.Az xəbər verir ki, valideyn Elnur Əliyev sosial şəbəkədə etdiyi paylaşımda 2 yaş 2 aylıq oğlunun bağçada olduğu müddətdə dəfələrlə müxtəlif nahiyələrindən göyərmiş halda evə gətirildiyini bildirib.
Onun sözlərinə görə, bağça əməkdaşları hər dəfə uşağın yıxıldığını desələr də, sonradan oğlunun bədənində çimdik izləri də aşkarlanıb.
"Bir dəfə "poposunda" çimdik izləri görəndə artıq şübhələndim. 2-3 saat baxçada kameraya baxsaq da, yıxılma anını tapa bilmədik. Narazılıq edəndə də deyirdilər ki, 'xoşunuz gəlmir, çıxarın'", - deyə valideyn qeyd edib.
Elnur Əliyev uşağının bir dəfə gözündən də xəsarət aldığını və sifətindəki göyərmənin uzun müddət keçmədiyini iddia edib.
Valideynin sözlərinə görə, 3 ay ərzində övladını bağçaya göndərməyib. Tətil başa çatdıqdan sonra uşağı yenidən həmin bağçaya aparıb. İlk günün sonunda isə oğlunun alnının göyərdiyini və şişdiyini bildirib.
Lakin valideynin əsas narazılığı uşaq evə gəldikdən sonra ortaya çıxıb. O, oğlunun boynuna qədər nəcis içində olduğunu və səhər geyindirilən pampersin 7 saat ərzində dəyişdirilmədiyini iddia edib.
"Uşağı 7 saat sidik və nəcis içində saxlayıblar", - Elnur Əliyev yazıb.
Valideyn bağçanın əməkdaşları ilə telefon danışığında məsələ ilə bağlı aidiyyəti qurumlara şikayət edəcəyini bildirdiyini, qarşılığında isə "hara istəyirsiniz, şikayət edin" cavabını aldığını iddia edib.
Məsələ ilə bağlı "Kayu" uşaq bağçasının rəhbərliyi ilə əlaqə saxladıq.
Bağçadan bildirilib ki, valideynin səsləndirdiyi iddialar həqiqəti əks etdirmir və qeyd olunan hadisə bağçada baş verməyib.
Rəhbərlik həmçinin yaranmış vəziyyətə görə valideynin məsuliyyət daşıdığını bildirib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Lənkəranda 73 yaşlı kişi faciəvi şəkildə öldü
-
"Hər dəfə uşağı göyərmiş halda gətirirdilər” - "Kayu" uşaq bağçasından şikayət
-
Gömrükçülər soğan yükündə narkotik aşkarladılar
-
Xırdalanda güclü yanğın olub - (Video)
-
Jurnalistin 15 yaşlı oğlu bədbəxt hadisə nəticəsində öldü
-
Binədə güclü yanğın oldu - (Video)
XƏBƏR LENTİ
-
Elgiz yeni verilişinin tarixini açıqladı
-
Azərbaycan Premyer Liqası: "Qəbələ" "İmişli"yə, "Kəpəz" "Şamaxı"ya qarşı
-
DİM-in imtahanlarında PISA tipli tapşırıqlar tətbiq edilə bilər
-
Üzüm və Şərab Festivalına hazırlıqlar başlayıb
-
Sentyabrda kimlərin bəxti gətirəcək? – Bürclər üzrə proqnoz
-
Luka Modriç Arda Gülerdən danışdı: “İlk gəldiyi gündən anladıq”
-
MİDA Lənkəran və Şirvanda güzəştli mənzillərin satışına başladı
-
Xalq artistinin stilist qızı: "Nənəm "hinduşka"ları satdı, 100 dollara məni salona işə düzətdi"
-
Tramp üçün təhlükəli payız: ABŞ-da nə baş verir?
-
Lənkəranda 73 yaşlı kişi faciəvi şəkildə öldü
-
İstanbula iş axtarmağa gələn kişini yeniyetmələr döydü - (Video)
-
“Volkswagen” 50 min iş yerini ixtisar edəcək, 4 zavodun isə...
-
Azərbaycan millisinin baş məşqçisi vəzifəsindən ayrıldı
-
"Hər dəfə uşağı göyərmiş halda gətirirdilər” - "Kayu" uşaq bağçasından şikayət
-
Gömrükçülər soğan yükündə narkotik aşkarladılar
-
Aleyna Tilki özünə dost axtarır - (Foto)
-
Azərbaycan nefti yenidən bahalaşdı
-
Xırdalanda güclü yanğın olub - (Video)
-
Qadın futbolçuların yumurta hüceyrələri dondurulacaq
-
Jurnalistin 15 yaşlı oğlu bədbəxt hadisə nəticəsində öldü
-
Pulunu dollara çevirmək istəyənlərin nəzərinə
-
"Kurtlar Vadisi”nin məşhur malikanəsi rekord qiymətə satışa çıxarıldı - (Foto)
-
Qəbələ-Laza yolu keçilməz hala düşdü - (Video)
-
Bakıda bu yollar bağlanacaq: Sürücülərə xəbərdarlıq





