Ermənistan Azərbaycana nə ixrac edəcək? - Açıqlama
Ermənistandan Azərbaycana ixrac olunan məhsullarda əsas potensial istiqamətlərdən biri ərzaq və kənd təsərrüfatı məhsullarıdır.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.
O qeyd edib ki, Ermənistan xarici bazarlara şokolad və qənnadı məhsulları, konservlər, meyvə şirələri, mineral sular, şərab və digər içkilər, həmçinin təzə və qurudulmuş meyvə-tərəvəz ixrac edir.
"Bundan əlavə, Ermənistanın sənaye sahəsində də müəyyən ixrac potensialı mövcuddur. Kimya məhsulları, plastik və rezin məmulatları, metal məhsulları, metallurgiya məhsulları və digər sənaye malları gələcəkdə Azərbaycan bazarına çıxarıla biləcək məhsullar sırasında yer ala bilər".
Ekspertin fikrincə, konkret olaraq hansı məhsulların Azərbaycana idxal olunacağını isə qiymət, keyfiyyət, bazarda tələbat, logistika imkanları və yerli istehsalçılarla rəqabət müəyyən edəcək.
Məsələ ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Trend-ə açıqlamasında bildirib ki, Ermənistandan Azərbaycana ixrac ediləcək məhsulların əsas istiqamətlərini sahibkarların qərarları müəyyən edəcək.
"Sahibkarlar hansı məhsulun hansı mənbədən gətirilməsinin daha sərfəli olduğunu iqtisadi hesablamalar əsasında qiymətləndirirlər. İlkin mərhələdə yeyinti məhsullarının gətiriləcəyini düşünmürəm. Daha çox sənayedə istifadə olunan xammal materialları və kimya sənayesi məhsullarının idxalı ehtimal olunur. Lakin gələcəkdə ixrac olunan məhsulların siyahısına yeyinti məhsulları da daxil edilə bilər", - deyə Xalid Kazımov qeyd edib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl keçirdiyi brifinqdə Azərbaycana ilk ixrac əməliyyatının həyata keçirildiyini açıqlamışdı.
Azərbaycandan Ermənistana məhsul ixracı da davam edir. Sentyabrın 3-də 17 çən vaqondan ibarət, ümumi çəkisi 989 ton olan dizel yanacağı Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb. Ümumilikdə indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel yanacağı, eləcə də 5 min tona yaxın Aİ-92 və Aİ-95 markalı benzin ixrac olunub.
İki ölkə arasında ticarət və tranzit əlaqələrinin bərpası çərçivəsində Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə müxtəlif yüklərin daşınması da həyata keçirilir. Bu marşrutla indiyədək 55 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1414 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 334 ton taxta materialı daşınıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
"Azərbaycanla daimi sülh üçün çox real şansımız var"
-
Ermənistan XİN dünyanı necə aldadır? – İfşa olundu
-
Azərbaycan AMERIPOL-un XVI Zirvə Görüşündə ilk dəfə müşahidəçi üzv kimi təmsil olunub - (Foto-Video)
-
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak ediblər - (Foto)
-
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb - (Video)
-
Azərbaycan Avropa Siyasi Birliyində öz sözünü deyir – Sahil Kərimli
XƏBƏR LENTİ
-
İrem Derici Romada küçədə izdiham yaratdı - (Video)
-
Nifrətə üç həftə: Avropa yeniyetmələri necə ekstremistə çevrilir
-
Putin 175 il sonra dəyişir: Çarın tikdirdiyi 22 saatlıq yolda SSRİ mühasirəyə düşmüşdü
-
Bəxtiyar Dali ilə bağlı qərar verildi
-
"Mənə “Pişik Elgiz” desəydilər xətrimə dəyərdi, boğardım o adamı”
-
"Azərbaycanla daimi sülh üçün çox real şansımız var"
-
7 alma 100 minə satıldı - (Fotolar)
-
Ermənistan XİN dünyanı necə aldadır? – İfşa olundu
-
Azərbaycanlı müğənni: "Mənə elçi gələnin 2 arvadı varmış, mənə oxşayırdılar"
-
Xəyyam Salehova yüksək vəzifə verildi
-
Dostunun toyuna gedən qazi faciəli şəkildə öldü
-
İranda orqanlarını satırlar: 20-30 faiz endirimlə... - (Foto)
-
Bazar günü yağış və qar yağacaq
-
Məşhur türk müğənni tanınmaz halda - (Foto)
-
5 BÜRCÜN şans üzünə güləcək
-
Futbolçunun ölümünə səbəb olan qapıçıya ağır cəza
-
BMW 720 mindən çox avtomobili geri çağırır
-
İstilik mövsümü başlayır
-
“Yeraltı"nın aktyorunun aparıcıya reaksiyası diqqət çəkdi - (Video)
-
Füzulidəki qəzada ölənlər müəllim və tələbələri imiş... - Yenilənib - Foto
-
Polis əməliyyatlar keçirdi: 59 nəfər saxlanılıb
-
Samir Əhmədov qəfil vəfat etdi
-
Ronaldinyo 2015-ci ildən bəri ilk rəsmi oyununu keçirəcək
-
Azərbaycanlı məşhurların arxiv fotoları gündəm oldu – Bəzilərini tanımaq olmur - (Fotolar)





