Ermənistan

Ermənistan XİN dünyanı necə aldadır? – İfşa olundu

14 Noyabr 2026 13:46
Baxış: 192
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ermənistan Xarici İşlər Nazirliyi Böyük Britaniyanın xüsusi gömrük güzəştləri təqdim etməsi ilə bağlı açıqlama yaymışdı.

Trend-in araşdırmasına görə, Böyük Britaniya tərəfindən erməni məhsullarına xüsusi olaraq yeni rüsumsuz ticarət imtiyazları verilməyib.

Məlumata əsasən, Ermənistan Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi, eləcə də qurumun rəhbəri Ararat Mirzoyan Britaniyanın ümumi ticarət rejimi çərçivəsində tətbiq etdiyi tədbirləri Ermənistan üçün xüsusi güzəşt kimi təqdim edib.

Lakin əslində söhbət Böyük Britaniyanın ən əlverişli rejim prinsipi əsasında bütün ölkələrdən idxal edilən mallara şamil olunan ümumi idxal rüsumlarının dayandırılması tədbirlərindən gedir.

Beləliklə, bu qərar yalnız Ermənistana aid deyil və digər ölkələrdən idxal olunan müvafiq məhsullara da şamil edilir.

Britaniyanın rəsmi mənbələrinə baxanda aydın olur ki, Ermənistana xüsusi güzəşt verildiyinə dair heç nə yoxdur. Gov.uk-un rüsum dayandırılması üzrə təlimatında açıq yazılıb ki, bu dayandırmalar "ən çox əlverişli rejim" (MFN) əsasında işləyir, yəni siyahıdakı malı istənilən ölkədən endirilmiş dərəcə ilə gətirmək olar.

Halbuki, Ermənistan XİN-i ümumi ticarət mexanizmini iki ölkə arasında strateji tərəfdaşlığın yeni nailiyyəti kimi təqdim edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.