Rusiya

Şagirdin çantasındakı telefon partladı, məktəb yandı - FOTO

26 Sentyabr 2025 13:00
Baxış: 480
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın Vladivostok şəhərində orta məktəbdə yanğın baş verib.

Milli.Az xəbər verir ki, ilkin ehtimallara görə, hadisəyə şagirdlərdən birinin çantasındaki telefon səbəb olub.

Fövqəladə Hallar Nazirliyi məlumat verib ki, yanğın məktəbin birinci mərtəbəsində yerləşən paltardəyişmə otağında başlayıb. Hadisə bədən tərbiyəsi dərsi zamanı baş verib.Telefonunun partlaması nəticəsində çantadakı əşyalar alışıb.

Güclü tüstü nəticəsində dərs prosesi dərhal dayandırılıb və məktəbin təxliyəsinə qərar verilib.

Xoşbəxtlikdən ölən və yaralanan olmayıb. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.