Rusiya

Putin əcnəbilərlə bağlı qərarı dəyişdi

23 İyul 2025 23:33
Baxış: 830
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya Prezidenti Vladimir Putin əcnəbilər üçün elektron vizanın qüvvədə olma, həmçinin, Rusiyada qalma müddətini iki dəfə artıran qanun imzalayıb.

Milli.Az xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Bu qərarla əcnəbilər üçün sözügedən müddət müvafiq olaraq 120 və 30 günə çatdırılıb.

Qeyd edək ki, əvvəllər xarici vətəndaşlar üçün elektron viza ilə Rusiyada qalma 16, etibarlılıq müddəti isə 60 gün idi.

Qanun Rusiyaya turizm, biznes, humanitar və qonaq məqsədləri üçün gələn əcnəbilərin sayını artırmağa hədəflənib.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.