İdman

Əgər ikinci qolu vursaydıq... - Rəşad Sadıqov

23 İyul 2025 23:37
Baxış: 482
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Gərgin və maraqlı bir qarşılaşma oldu.

Milli.Az xəbər verir ki, bu sözləri "Zirə" komandasının baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiya təmsilçisi "Hayduk"la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hər iki tərəf meydanda böyük motivasiya ilə çıxış edirdi:

"Əgər ikinci qolu vurmağı bacarsaydıq, nəticə tam fərqli ola bilərdi. Təəssüf ki, yaratdığımız qol fürsətlərindən lazımınca istifadə edə bilmədik. Komandamın oyunundan məmnun qaldım. Qələbəyə daha yaxın olan tərəf biz idik, amma istədiyimiz nəticəni əldə edə bilmədik".

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.