Cari ilin yanvar-iyun ayları üzrə Azərbaycanda fəaliyyət göstərən bankların ümumi gəlirlərinin həcmi açıqlanıb.
Milli.Az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, ümumi gəlirlərinin həcmi ən yüksək olan bank "Kapital Bank" olub. Bankın ümumi gəlirlərinin həcmi 872,997 milyon manat təşkil edib.
İkinci sırada 730,674 milyon manat ümumi gəlirlər ilə Azərbaycan Beynəlxalq Bankı (ABB) dayanıb. Siyahının üçüncü pilləsində isə 403,815 milyon manat ümumi gəlirlər ilə "PAŞA Bank" qərarlaşıb.
Ümumi gəlirlərinin həcmi ən az olan bank isə "Bank Melli İran" Bakı filialı olub. Bankın ümumi gəlirlərinin həcmi 9,223 milyon manat təşkil edib.
Banklar | Ümumi gəlirləri (Min manat) | |
1 | Kapital Bank | 872 997,00 |
2 | ABB | 730 673,93 |
3 | PAŞA Bank | 403 815,00 |
4 | UniBank | 177 804,77 |
5 | Bank Respublika | 156 855,42 |
6 | AccessBank | 129 374,00 |
7 | Xalq Bank | 128 015,78 |
8 | YeloBank | 92 062,45 |
9 | Bank of Baku | 92 271,47 |
10 | AzərTürk Bank | 84 484,00 |
11 | RabitəBank | 85 066,38 |
12 | Turan Bank | 60 124,00 |
13 | Expressbank | 48 901,32 |
14 | ZiraatBank | 44 775,60 |
15 | YapıKrediBank | 36 729,42 |
16 | VTB Bank | 28 336,00 |
17 | Azərbaycan Sənaye Bankı | 26 256,84 |
18 | Premium Bank | 25 774,00 |
19 | BTB Bank | 19 355,00 |
20 | AFB Bank | 15 380,41 |
21 | Bank Avrasiya | 9 426,62 |
22 | Bank Melli Iran | 9 223,14 |